Üzeyir bəydən Ceyhun Hacıbəyliyə kədərli məktub

Üzeyir bəydən Ceyhun Hacıbəyliyə kədərli məktub

Hazırda oxunan: Üzeyir bəydən Ceyhun Hacıbəyliyə kədərli məktub

121184
Moderator.az “Yada düşər xatirələr”x9d layihəsi çərçivəsində böyük ziyalı, bəstəkar, publisist Üzeyir bəy Hacıbəylinin qürbətdə ömür sürən xa0qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubdan söhbət açacaq.xa0

Xalq Cumhuriyyətinin Parisə yola saldığı nümayəndə heyətinin əsas simalarından biri Ceyhun Hacıbəyli xa0daha vətənə qayıda bilmir. Elə Fransada da dünyasını dəyişir. Lakin ailəsi ilə hər zaman əlaqə yaratmağa çalışıb. Üzeyir bəylə məktublarında dövrün ümumi xarakterini çox gözəl əks etdirən, xa0tarixi şəxsiyyətlərin ağrı-acılarını göstərən məqamlar çoxdur. Qeyd edək ki, Üzeyir bəylə xa0Ceyhun bəy arasındakı yazışmaların əksəriyyəti publikaya və mətbuata tanış deyil. Tədqiqatçı, Aslan Kənan ilk dəfə həmin məktubları bir yerə toplayıb. Biz də araşdırmaçıya istinad edərək mətbuatda ilk dəfə olaraq həmin məktublardan birini təqdim edirik.

1926-cı ilin iyununda Üzeyir bəy tərəfindən yazılan məktubun tarixçəsi belədir: Deməli, bir müddət öncə Ceyhunun həyat yoldaşı Zöhrə xanım onun çox ağır əsəb gərginliyi keçirdiyini, övladlarının xəstə olduğunu məktubda yazaraq Üzeyir bəyə göndərir. Bunu Ceyhun bəydən xəbərsiz edir. Çünki onlar yazışsalar da C.Hacıbəyli çətin maddi durumda olduğunu və övladının, eləcə də özünün xəstəliyini gizlədir. Zöhrənin Üzeyir bəyə yazdığı məktub həm bəstəkarı, həm də ailəsini çox kövrəldir. Odur ki, ona aşağıdakı məktubu yazır:

“Sənin və Zöhrənin məktubları gəlib bizə çatdı. Ceyçikin (Ceyhunun oğlu) kefsizliyi və sənin əsəbiliyin bizi çox qəmgin etdi. Fəqət bir qəm-qüssə ilə il keçməz olduğunu bildiyimiz üçün qət etdik ki, sizə “realnı”x9d dəstək olaq. Zülfüqarla (bəstəkarın qardaşı) məsləhətləşib məsələnin həllini üç qismə böldük: birinci, sizə hər ay “requlyarnı”x9d yardım göndərəcəyik. İkincisi, sizin buraya gəlmək məsələnizdi. Üçüncüsü, mənim “zaqranitsa”x9dda ali musuqi təhsilimin bir qədər təxir edilməsidir.xa0

Birinci qismi biz Zülfüqarla öz boynumuza götürdük və qərara gəldik ki, sənin etirazına baxmayaraq hər ay uşaqlar üçün pul göndərək, bir şərtlə ki, həmin pul 50 manatdan az olmasın. Bu bizim üçün mümkündür, ağır deyildir. Çünki hər ikimizin gəlir yerimiz vardır.

Sabah və ya biri gün sizə teleqrafla pul göndərəcəyik. Bu xüsusda arxayın ola bilərsən. Göndərəcəyim pullar sizə bir aya çatmasa da maddi pərişanlığınızı bir qədər intizama salar.

Sizin bura gəlməyinizi isə Zöhrənin qardaşı Musaya həvalə etdik. Musa buradakı yoldaşlar ilə danışıbdır. Bu günlərdə Moskvaya gedəcək və mərkəzdən sizin bura gəlişiniz üçün izn almaq istəyəcək. Sən buraya gələn kimi yaxşı qulluq sahibi olarsan. Baxüsus ki, firəng dilini bilirsən.

Nənəm (analarını nəzərdə tutur. Çünki qürbətdə olan Ceyhun bəy anasının xəstəliyini eşidib ondan çox narahat qalmışdı-E.N) sizlərə dualar göndərir. Hamınızı öpür və deyir ki, inşallah görüşərik, təki sağ olsunlar.

Bu yay nənəmi Barjom tərəflərə aparacağam ki, canı qüvvətə gəlsin və havasını dəyişsin.xa0

Zöhrəyə söylə ki, qorxmasın, köməkçiləri çoxdur”x9d.

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO