Dünyasını dəyişən Zeynəb Dostəliyevanın xəstəxanadan SON GÖRÜNTÜLƏRİ - VİDEO

Dünyasını dəyişən Zeynəb Dostəliyevanın xəstəxanadan SON GÖRÜNTÜLƏRİ - VİDEO

Hazırda oxunan: Dünyasını dəyişən Zeynəb Dostəliyevanın xəstəxanadan SON GÖRÜNTÜLƏRİ - VİDEO

118617

"Atamın, anamın yadigarlarını nə olursa olsun, çiyinlərimdə daşımışam. İstər qardaşlarım, istər bacım olsun. Onlar valideyinlərimin yadigarlarıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "A-dan Z-yə" verilişində deyib.

Sənətçi bildirib ki, həkim bacısı Zeynəbin hər an dünyasını dəyişə biləcəyini ona söyləyib:

"İkinci itkiyə dözə bilmərəm. Bacım Zeynəbi itirsəm dözə bilmərəm. Həkim mənə bacım Zeynəbi itirə bilərik, buna hazır olun deyəndə, bir an yaşamamı itirdim. Həkim bizə qarant vermədi. Çünki Zeynəb çox pis vəziyyətdə xəstəxanaya getmişdi. Həkim söylədi ki, Nazpəri xanım, hər an hər şeyə hazır olun. Nə qədər insan dözümlü ola bilər? Nə qədər insan hər şeyə dözər? Dik ayaq üstə qalar... Çox çətindir”.

Daha sonra proqramda verilişin aparıcısı Zaur Nəbioğlunun Nazpəri Dostəliyeva ilə birlikdə Zeynəb Dostəliyevanın müalicə aldığı Mərkəzi Neftçilər xəstəxanasına yollandığı kadrlar nümayiş olunub. Görüntülərdə reanimasiyada olan Zeynəb xanımın ayaqlarının şişdiyi və özünün halsız vəziyyətdə olduğu əks olunub.

Qeyd edək ki, Nazpəri Dostəliyeva bir neçə dəqiqə əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində bacısı Zeynəb Dostəliyevanın dünyasını dəyişdiyini açıqlayıb. Sənətçi daha əvvəl Zeynəb xanımın qaraciyər transplantasiyasına eytiyac olduğunu söyləmişdi.

Allah rəhmət eləsin!
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO