Bəlkə də işin ən qəribəsi Misahib qardaşın dediyi sözlər idi: "Bu tamaşanın xüsusi özəlliyi var. Rəhmətlik Vaqif müəllim hər zaman deyirdi ki, “Birinci akt”x9d mənim axırıncı tamaşam olacaq. Çexovu çox oxuyurdu, araşdırırdı. Onun “Albalı bağı”x9d pyesi də elə ən sonuncu oldu".
“YUÄž”x9dun xa0gənc və istedadlı rejissoru Mirsahib Ağazadə müəllimi Vaqif İbrahimoğlu və həmin gün səhnələşdiriləcək “Birinci akt”x9d tamaşası haqqında bu sözləri deyərkən biz artıq bəzi müşahidələrimizi apardıq. Gördük ki, bir neçə gündən sonra söküləcək bu tarixi binanın ən son akkordlarını izləmək üçün soyuq havanı nəzərə almayan gənclər (!) və ziyalı təbəqə xa0tələsərək binaya daxil olurlar. Gördük ki, ədəbiyyat, media və ictimai sektordan olan gənclər nəsə daxili qaynama prosesini yaşayırlar. Gördük ki, sufi-aşıq, dərviş Fəxrəddin Salim teatrın durumundan çox narahatdır və bu barədə onu danışdıran hansısa müxbirə canla-başla açıqlama verdi.xa0
Gördük ki, budur, qapı açıldı və Azərbaycan ziyalı elitasının qaymaqları professor Rafiq Əliyev, xalq artisti Ramiz Həsənoğlu və hamının sevdiyi şair Ramiz Rövşən içəri daxil oldu. “YUÄž”x9dun soyuq divarlarında sanki bir istilik yarandı və bu da soyuq foyedə dayanıb səbirsiliklə tamaşanı gözləyən insanların canına hopdu...
Gördük ki... hə bir də gördük ki, foyedə afişa lövhəsinin altında atılmış taxta, karton qırıntıları və digər nələrsə var. Mirsahib bəyin də diqqəti bizim müşahidəmizin üzərində dayandı və elə söhbətə özü başladı:
- Görürsüz də buraları. Deyəsən sizə də çox soyuq oldu. Eybi yox, indi tamaşa başlayacaq. İçəri istidir.
Beləcə, soyuq divarlar, solğun ab-havası ilə “YUÄž”x9dun yerləşdiyi xa0bina özünün sonuncu akkordlarını tənbəl-tənbəl səsləndirirdi...
Biz isə bu “tənbəl”x9d binada sonuncu YUÄžlamalardan birinə- “Birinci akt”x9d baxmağa tələsdik.xa0
Vaqif İbrahimoğlunun son məhsulu olan bu tamaşada YUÄž truppasının çox hissəsi iştirak edirdi. Aralarında Vidadi Həsənli, Məmməd Səfa, Yaqut xanım, Oqtay bəy, Qasım Nağı, Natəvan Qeybani, Fərhad İsrafilovun da olduğu kontingent özünün son missiyalarını (bu binada təbii ki) çox gözəl başa vurdular. Onlar böyük ustalıqla rus meşşanının qırdığı albalı bağı ilə bir neçə gündən sonra söküləcək bina arasındakı daxili sinergetik əlaqəni tapdılar, oynadılar və xa0bizə də göstədilər... O zaman böyük Çexov albalı bağının qırılması ilə əslində rus cəmiyyətinin mədəni və mənəvi dünyasının süqutuna rəmzi olaraq bir işarə vurmuşdu. Elə-belə iş deyil e.... On iki aktyor o boyda İŞARƏNİ, o boyda zaman məsafəsi arasından çıxarıb o gün YUÄž-a gətirmişdilər. Və bu da elə-belə iş deyil ki, mərhum Vaqif İbrahimoğlu nə zamansa bu “oğurluğ”x9da ehtiyac olacağını bilib onun halallığını Çexovdan almışdı.
“Birinci akt”x9dı oynayan aktyorlar sonrakı akt haqqında danışdılar, dünənlə bu günün, bu günlə sabahın, İbrahimoğlu ilə Çexovun şərikli baltasından danışdılar...
Soruşursuz balta nədi? Deyim də... Tamaşa xa0albalı bağındakı ağacları məhz edən baltanın səsi ilə tamamlanır... Aktyorlar çox gözəl ustalıqla “tuk... tukk... tukkk.... deməklə qırılan mənəvi dəyəri zamansızlığa daşıyırlar...
Bu arada xa0YUÄžun xa0tarixi hamam olan köhnə binası söküləndə hansı səsləri çıxaracaq onu bilmirəm. Hər halda o “tuk”x9dun qardaşı olacaq bir səs dünyaya gələcək həmin vaxt...
Amma və lakin...
Rəhmətlik Vaqif İbrahimoğlunun ən çox sevdiyi ibarələrdən biri və çox dəyərli kitabına qoyduğu ad ”““Amma və lakin...”x9d (yeri gəlmişən, bu dəyərli kitabın əlimizdə olmasına görə Mirsahib Ağazadə, Qasım Nağı və Elçin Cəfərova dərin təşəkkürümüz var).
Amma və lakin belə qərar çıxarıldı ki, “YUÄž”x9dpoetikası fevralın birindən başqa binanın divarlarına hopmalıdır ”“ Kukla teatrının divarlarına...xa0
YUÄž-un enerji qüvvəsi çoxdu. O qədər çoxdu ki... xa0Orda da sözlərini deyəcəklərinə kimsənin şübhəsi yox!
Amma və lakin... Biz tarixi binanın son “tamaşası”x9d kimi o səsləri eşidəcəyik axı.. Tuk.. Tukk... Tukkk....
Elmin NURİ


























































































