Gələn il “Şekspir İli”x9d olacaq

Gələn il “Şekspir İli”x9d olacaq

Hazırda oxunan: Gələn il “Şekspir İli”x9d olacaq

110173
Britaniya gələn il Şekspirin vəfatının (1616) 400 illiyini qeyd etməyə hazırlaşır.

Moderator.az azadlıq.org-a istinadən xəbər verir ki, bu yubileyi ölkə içində, xaricdə, həmçinin Azərbaycanda çoxlu tədbirlə qeyd edəcəklər, tədbirləri ənənəvi yox, orijinal üsullarla keçirməyə çalışırlar. Məsələn, Şekspirə həsr olunmuş komediya çəkirlər. Britaniyanın ictimai teleradio şirkətinin (BBC) sifarişi ilə aktyor Ben Elton böyük dramaturqun həyat və yaradıcılığına həsr olunmuş sitkom komediyanın baş rolunu oynayır. Komediyada Şekspirin həyatı bizim zamanımızda cərəyan edir.

Şekspirə dair rok-n-roll opera da hazırlanır. Dramaturqun doğulduğu Stratford Avon üzərindəqəsəbəsində isə avqust ayında Dünya Şekspir Konqresi keçiriləcək.

Konqresin təşkilatçısı dünyanın ən nüfuzlu universitetlərindən biri olan Kings College Londondur. Şekspir İnstitutu, Şekspir Globe teatrı, Royal Şespir Kompaniyası, Şekspirin doğulduğu kəndin "Birthplace Trust" təşilatı və s. akademik, kültür, sənət təşkilatları birləşərək, qızıl standartlı bir Şekspir ili festival keçirməyi planlaşdırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO