Oqtay Rəcəbovun oğlu:

Oqtay Rəcəbovun oğlu: "Atamı xəstəxanaya apara bilmədik" - ÖZƏL

Hazırda oxunan: Oqtay Rəcəbovun oğlu: "Atamı xəstəxanaya apara bilmədik" - ÖZƏL

109940

Xəbər verdiyimiz kimi, bəstəkar Oqtay Rəcəbov ötən gün 81 yaşında koronavirusdan vəfat edib.

Bizim.Media-nın əməkdaşının verdiyi xəbərə görə, sənətkarın nəşi bu dəqiqələrdə "İlahiyyət" məscidinə gətirilib. 

Sənətkarın oğlu Vüqar Rəcəbov redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, atasının harada və kimdən koronavirusa yoluxduğu bəlli olmayıb. 

"Bütün hadisələr anidən baş verdi. Biz bilmirik atam və ümumən ailəmiz harada və hansı şəraitdə koronavirusa yoluxub. Atam və ailəmiz sırağan gün "COVID-19" test analizi verdi. Ötən gün isə onun və ailəmizin bir neçə üzvünün koronavirusa yoluxduğu aşkarlandı. Atamın yüksək hərarəti vardı. Onu xəstəxanaya aparmağa da ehtiyac olmadı. Çatdıra bilmədik. Atam dünyasını dəyişdi", - deyə O.Rəcəbovun oğlu vurğulayıb.  

Vüqar qısa açıqlamasından sonra məsciddə cümə namazı qılıb. Qeyd edək ki, bir neçə saatdan sonra O.Rəcəbov "Yasamal" qəbiristanlığında dəfn olunacaq. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO