Ağdamın işğaldan azad olunmasının 2-ci ildönümü qeyd edildi - FOTO

Ağdamın işğaldan azad olunmasının 2-ci ildönümü qeyd edildi - FOTO

Hazırda oxunan: Ağdamın işğaldan azad olunmasının 2-ci ildönümü qeyd edildi - FOTO

105366

Ağdam şəhərində rayonun işğaldan azad olunmasının iki illik ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Xüsusi Nümayəndəlik,  ərazidə fəaliyyət göstərən dövlət orqanları, şəhid ailələri, iştirak edib.

Ağdam Konfrans Mərkəzində təşkil edilən mərasim ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, ardınca 1 dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilməsi ilə start götürüb.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Prezident İlham Əliyevə Ağdam rayonunun işğal olunması münasibətilə ünvanlanan təşəkkür məktubu səsləndirilib.

Rəsmi hissəsinin ardınca, tanınmış və görkəmli incəsənət xadimlərinin iştirakı ilə konsert prorqramı təşkil olunub. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO