“O ses Türkiye”x9ddən Bəxtiyar Vahabzadə və Şəfiqə Axundovaya qarşı haqsızlıq...

“O ses Türkiye”x9ddən Bəxtiyar Vahabzadə və Şəfiqə Axundovaya qarşı haqsızlıq...

Hazırda oxunan: “O ses Türkiye”x9ddən Bəxtiyar Vahabzadə və Şəfiqə Axundovaya qarşı haqsızlıq...

105295
Acun Ilıcalıya məktub

Hörmtəli, Acun Ilıcalı!

Sizə Azərbaycandan yazıram bu məktubu. Özünüz də yaxşı bilirsiz ki, Azərbaycanda sizin proqramların, xüsusən də “O ses Türkiyə”x9d yarışmasının geniş izləyici kütləsi var. Şəxsən mən və bütün yaxınlarım sizin verilişlərin daimi tamaşaçısıyıq.
Məktubu azərbaycanlı yazar, jurnalist kimi deyil, bir Azərbaycan vətəndaşı olaraq yazıram. 

“O ses Türkiye”x9d yarışmasının əksər bölümlərində rast gəldiyim yanlışlıqlar məni və bütün Azərbaycan xalqını çox üzür. İndiyə qədər baş verənlərin heç birini təkrarlamaq istəmirəm. Bu barədə mediada bir dəfə yazı yazmışam. Lakin, 10.11.2015 tarixində yayımlanan “O ses Türkiye”x9d yarışmasında Serkan Nişancı adlı yarışmacı musiqisi məşhur Azərbaycan bəstəkarı, Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundovaya məxsus, sözləri təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında kifayət qədər məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə məxsus “Nədən oldu”x9d mahnısını “Ellerini çekip benden”x9d adı ilə ifa etdi. Mahnının adının və sözlərinin dəyişməsi problem deyil. Ən böyük problem mahnının “anonim”x9d olaraq göstərilməsindədir. 
Eyni hal “Əziz dostum”x9d, “Ayrılıq”x9d, “Ay qız”x9d, “Yalqızam”x9d adlı məşhur Azərbaycan mahnıları ifa olunarkən də baş vermişdir.
Bir müddət əvvəl yarışmaya Azərbaycandan qatılan Aynişan Quliyeva da musiqisi Polad Bülbüloğluna, sözləri Fikrət Qocaya məxsus “Gəl, ey səhər”x9d mahnısını ifa edərkən, sözləri “anonim”x9d təqdim olundu. Lakin, burda sizin qəbahətiniz yoxdur. Aynişan Quliyeva özü bunu sizə bildirməli idi.
Amma sizin şöhrəti yaxın şərqə yayılmış bu yarışmanızda hansı ölkənin mahnısı ifa olunursa, mütləq sözlərin və musiqinin müəllifi doğru yazılmalıdır. 
Şəfiqə Axundova Azərbaycan musiqisi üçün, eləcə də, bütün türk xalqlarının musiqisi üçün gəlmiş-keçmiş ən nəhəng şəxsiyyətlərdən biridir. Mənim üzərimdə çox böyük əməyi olan, mənə yaradıcılıq eşqi aşılayan bu böyük şəxsiyyətə qarşı belə hörmətsizliyi qəbul edə bilməzdim və ona özümü borclu bilib, sizə bu məktubu yazdım.
Ümid edirəm ki, məktubumu nəzər alıb, bundan sonrakı bölümlərinizdə Azərbaycan mahnılarının müəlliflərini dəqiqliyi ilə qeyd edərsiz. 
Onu da deməliyəm ki, bütün bunlara rəğmən verilişinizin daimi tamaşaçısıyam. Sizə bol-bol yaradıcılıq uğurları arzulayır, belə gözəl proqramın layihə rəhbəri və aparıcısı olduğunuza görə təşəkkür edirəm, şəxsi həyatınızda da müvəffəqiyyətlər diləyirəm!
                                                                                       
Hörmətlə, Orxan Bahadırsoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO