Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı «Nizami il»i çərçivəsində yeni bir tamaşanın – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “ Nizami “ baletini səhnəyə qoyacaq.
Teatrın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcıllığına həsr edilib.
MÖVZU İLƏ BAĞLI:
Opera və Balet Teatrı təmir ediləcəkmi? – “Gözlər Anar Kərimova dikilib...” – ÖZƏL ARAŞDIRMA
Layihənin təşəbbüsçüsü və rəhbəri – teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru – Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşcu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşcu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.
Hazırda yaradıcı qrup quruluş üzərində gərgin iş aparır: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır.
Teatr yeni quruluşunu bu ilin yazında tamaşaçılarına təqdim etməyi nəzərdə tutub.
İltifat, Bizim.Media