Tiflisdən qaçan pinqvin Azərbaycana gəldi

Tiflisdən qaçan pinqvin Azərbaycana gəldi

Hazırda oxunan: Tiflisdən qaçan pinqvin Azərbaycana gəldi

81911
Güclü selə məruz qalan Tiflisdə maraqlı hadisə baş verib. ANS PRESS-in "Qruziya Onlayn"a istinadla verdiyi məlumata görə, sel suları basan heyvanxanadan qaçan pinqivin Azərbaycanla sərhədə kimi üzüb. 

Dağıdıcı selin qurbanı olan zooparkdan qaçan Afrika pinqivini Qırmızı körpüdə (Gürcüstan- Azərbaycan sərhədində) - çayda tapılıb. 

Xatırladaq ki, iyunun 14-də baş verən güclü daşqın zamanı ən çox zərərçəkən Tiflis heyvanxanası olub. Nəticədə yüzlərlə hüyvan məhv olub, vəhşi heyvanlar paytaxt küçələrinə qaçıblar. 600 heyvanın yarısı məhv olub. 

"15 dəqiqə öncə bizə zəng etdilər və dedilər ki, Qırmızı Körpüdə, çayda pinqvin üzür. Qrup onu Tiflisə gətirmək üçün yola çıxıb". 

Afrika pinqvinlərini gürcü zooparkına Böyük Britaniyanın Тorki şəhər heyvanxanası 2014-cü ildə hədiyyə etmişdi. Onlar üçün böyük su hovuzu tikilmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO