2011-ci ildə Cənubi Afrikaya səyahət edən 25 yaşlı rus qızı orada vəhşi heyvanlarla dostlaşıb.
ANS PRESS-in məlumatına görə, gənc qız ən çox çitalarla dostluq etməyə başlayıb.
O, vəhşi heyvanlarla maraqlı fotolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Fotolara şərh verərkən rus gözəli ən yaxın dostunun Dev adlı erkək çita olduğunu bildirib. Gənc qız məhz Devin sayəsində digər vəhşi heyvanlarla da dostlaşıb.
“Heyvanlardan qorxmuram. Onlarla səmimi olanda, heyvanların məhəbbətini qazanmaq olur. Boş vaxtlarımda onlarla maraqlı anlar keçirirəm”x9d, - deyə Rus gözəli yazıb.
Qız Devlə səmimi dost olmaqdan zövq aldığını bildirib. Hətta onunla bərabər selfi də çəkdirib.
Rus gözəli ilə vəhşi heyvanların fotolarını təqdim edirik:






















































































































