Bu Quran iplə yazılıb

Bu Quran iplə yazılıb

Hazırda oxunan: Bu Quran iplə yazılıb

49562
Dünyanın iplə işlənən ilk Quranı Ginnesin rekorlar kitabına düşəcək. Moderator.azn məlumatına görə, müqəddəs kitabı suriyalı Məhamməd Maher Hadri hazırlayıb. 

Türkiyənin Başakşəhər bələdiyyəsi tərəfindən nümayişə çıxarılan Qurani Kərimin hazırlanması və cildlənməsi 12 il davam edib. Kitab Ramazan ayı boyunca Sular Vadisində sərgilənəcək. 

Məhəmməd Maher Hadri özü ixtisasca dərzidir. Dünyada iplərlə işlənən ilk Qurani Kərim qızılı rəngli xüsusi saplarla parça üzərində həkk edilib. 

Onun sözlərinə görə, bu əsəri ortaya çıxarmaq istəyi Hələbdə işlədiyi zamanda ortaya çıxıb, bu işdə ən böyük dəstəkçisi isə həyat yoldaşı olub. 

Suriyalı dərzi ölkəsində baş verənlərlə bağlı hər şeyini itirdiyini ancaq bu əl işini xilas edə bildiyini deyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO