“Tarqovı”nı su basdı

“Tarqovı”nı su basdı

Hazırda oxunan: “Tarqovı”nı su basdı

40476
Şəhərin mərkəzini su basdı.  Moderator.az Oxu.Az saytına istinadən  xəbər verir ki, paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsində su borusu partlayıb.  Küçə boyu gölməçələr əmələ gəlib və piyadaların hərəkəti üçün çətinliklər yaranıb.  Mövzu ilə əlaqədar Səbail rayonu İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev Oxu.Az-a bildirdi ki, hal-hazırda problemin aradan qaldırılması üçün müvafiq işlər görülür:  “Nizami küçəsində su borusu partlayıb, bizim nümayəndə ora gedib, oradakı işlərlə tanış olub. Lakin Nizami küçəsi Nəsimi rayonu ərazisinə aid olduğu üçün biz ora müdaxilə edə bilmirik. Hal-hazırda “Azərsu”-nun Nəsimi rayon üzrə olan nümayəndələri əlavə tədbirlər görərək problemi aradan qaldırmağa çalışırlar”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO