Avstraliyanın “Toilet Paper Man” şirkəti 22 əyar qızıldan tualet kağızı hazırlayıb. ANS PRESS-in “Russia Today” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, şirkət rəsmiləri bu addımlarını belə izah ediblər: “Dubayda az qala bütün otellərdə qızıl unitaz var. Biz də, bu səbəbdən qızıl tualet kağızını istehsal etməyə qərar verdik”.
Qeyd edək ki, 3 qatlı rulonun istehsalı 4 ilə başa gəlib. İnternet vasitəsilə satışa çıxarılan qızıl tualet kağızının qiyməti 1 milyon 376 min 900 dollardır. Şirkət tərəfindən bu tualet kağızını alan müştərilərə bir şüşə şampan da hədiyyə edilir. Lakin hələlik qeyri-adi məhsula müştəri çıxmayıb.
Jurnalistlər hesab edirlər ki, bu bahalı tualet kağızını yalnız varlı insanlar evlərinə gələn qonaqları təəccübləndirmək üçün ala bilərlər.
Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.