Hamster Kombat oynayanlar pullarını ala biləcək - TARİX MƏLUM OLDU

Hamster Kombat oynayanlar pullarını ala biləcək - TARİX MƏLUM OLDU

Hazırda oxunan: Hamster Kombat oynayanlar pullarını ala biləcək - TARİX MƏLUM OLDU

264498

Telegram-da məşhur Hamster Kombat oyununun tərtibatçıları HMSTR kriptovalyutasının birjalara buraxılma tarixini açıqlayıblar/


Sfera.az xəbər verir ki, 27 sentyabr tarixində oyunçuların virtual pulları real pula dəyişdirə biləcəkləri gözlənilir. Bu barədə mesaj Hamster Kombat-ın rəsmi Telegram kanalında yer alıb.


Bununla belə, oyun valyutasının HMSTR kriptovalyutasına necə çevriləcəyi ilə bağlı heç bir təfərrüat açıqlanmır.


Hamster Kombat, oyunçuların hamsterə klikləməklə, kodları həll etməklə və kombo kartları toplamaqla xal qazandıqları Telegram əsaslı klik oyunudur. Binance MDB-nin keçmiş rəhbəri Vladimir Smerkis oyunçuların çoxluğuna görə tokenlərin paylanmasının çətinliyi barədə xəbərdarlıq edib, blokçeyn üzrə mütəxəssis Oleq Lupikov isə layihədə böyük qazanc əldə etmək imkanlarına bel bağlamamağı məsləhət görüb.
 

Hamster Kombatın Telegram-da oyun bazarında bir neçə analoqu var: "Blum", "Catizen", "Lost Dogs: The Way", "TapSwap", "X Empire" və s.

İnci
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO