2030-cu ildən gəldiyini iddia edən zaman yolçusu Noahın danışdığı bəzi hadisələr həqiqətə çevrilib.xa0 Noah ABŞ-ın orta qərb əyalətlərində həddindən artıq soyuqların olacağını iddia etmişdi. Noahın iddiaları doğru çıxdı və ABŞ-ın daxili təbəqələri son illərin ən soyuq qış mövsümünü yaşadı.xa0
xa0
Moderator.az xəbər verir ki, 2030-ci ildən gəldiyini iddia edən və tez-tez gələcəkdə baş verəcəyini irəli sürdüyü hadisələr haqqında insanları video materiallarla məlumatlandıran Noah ötən aylarda gələcəkdə meydana gələcək hadisələrin dəqiq tarixlərini açıqlamışdı. Həmçinin gələcəkdən gətirdiyini dediyi kitab və jurnal səhifələrini sübut kimi göstərmişdi.
xa0
Noahın gələcəkdə baş verəcəyini söylədiyi digər iddialar isə belədir:
xa0
2019-cu ilin aprel ayında görmə qüsuru olan insanların görə bilməsini təmin edəcək yeni bir müalicə üsulu kəşf ediləcək.
İyun ayında yeriyə bilməyən insanları yeridə biləcək çip texnologiyası həyata keçiriləcək.
2020-ci ilin yanvar ayında " A1 Machidan" adlı insanabənzər robot istehsal ediləcək və bu robota qarşı dünya miqyasında böyük etirazlar baş verəcək.
2020-ci ilin 3 noyabr tarixində ABŞ prezidenti Donald Tramp yenidən prezident seçiləcək.
xa0
2028-ci ilin avqust ayında yad planetlilər və zaman maşını ictimaiyyətə təqdim olunacaq.
xa0
2028-ci il noyabr ayındaxa0 Martin Kuther Kinqin nəvəsi Yolanda Rene Kinq 20 yaşında ABŞ prezidenti seçiləcək.
2029-cu il fevral ayında "The One" adı verilən çip insanların sağlamlıq vəziyyətixa0 və beyin funksiyalarına davamlı olaraq nəzarət edəcək.
2030-cu ilə qədər ABŞ və Şimali Koreya arasında müharibə başlayacaq.
İnsan mənliyi kompüterə köçürüləcək və beləliklə bu əbədiliyin ilk addımları atılmış olacaq.
xa0
İngiltərə 2030-cu ilə qədər son dərəcə şok edici bir sıra hadisələrlə üzləşəcək.
xa0
Kamran
































































































