Acqarına kofe içmək ZƏRƏRLİDİRMİ? - Gün ərzində...

Acqarına kofe içmək ZƏRƏRLİDİRMİ? - Gün ərzində...

Hazırda oxunan: Acqarına kofe içmək ZƏRƏRLİDİRMİ? - Gün ərzində...

249149

Son günlər sosial şəbəkələrdə hər səhər acqarına kofe içməklə bağlı paylaşımlar edilir. Bu kimi paylaşımların altında “ac halda içməyin, zərərlidir” kimi rəylər oxumaq da mümkündür.

 

Bəs acqarına kofe içməyin hansı zərərləri var?

 

Sfera.az xəbər verir ki, bu barədə Çin alimləri araşdırma ediblər. Araşdırmaya görə, səhər saatlarında kortizol səviyyəsi yüksək olur. Buna görə acqarına kofe içmək məsləhət görülmür. Mütəxəssislər kofenin daha çox nahara az qalmış, nahardan sonra içilməsini məsləhət görürlər.

 

Bu vaxtlarda kortizol səviyyəsi yavaş-yavaş azalmağa başlayır. Hər gün kofe içilirsə, orqanizm onun təsirinə alışır.  200-400 ml arasında içilən kofe mədə-bağırsaq traktına faydalıdır. Kofe qəbizlik problemindən əziyyət çəkənlər üçün də doğru seçim ola bilər. Kofe həmçinin öd kisəsini aktivləşdirmək qabiliyyətinə malikdir. Aktiv işləyən öd kisəsində daş əmələ gəlmə riski azalır. Hamilə qadınlar isə gün ərzində 200 ml-dən çox kofe içməməlidirlər. Miqdar çox olarsa hamiləliyin sonlanma riskini artırar. Məhz bu baxımdan hamilə qadınların kofedən çox istifaə edilməsi məsləhət görülmür.

 

Ülkər Abdurahmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO