Bu məşhur futbolçunun 39 yaşı OLDU - FOTO

Bu məşhur futbolçunun 39 yaşı OLDU - FOTO

Hazırda oxunan: Bu məşhur futbolçunun 39 yaşı OLDU - FOTO

242570

Kriştiano Ronaldo fevralın 5-də 39 yaşını qeyd edir.

 

 

Sfera.az xəbər verir ki, portuqaliyalı futbol tarixinin ən yaxşı bombardiri, milli komanda səviyyəsində ən uğurlu oyunçu, eyni zamanda “Real”ın rekordçusudur.

 

O, karyerası ərzində beş “Qızıl top” qazanıb. Kriştianonun həmçinin Çempionlar Liqasında 5, Premyer Liqada 3, La Liqada 2, A seriyasında 2 qələbəsi var. 2016-cı ildə millinin üzvü kimi o, Avropa çempionu olub.

 

Ronaldo Lissabonun "Sportinq” klubunun yetirməsidir.  Hücumçu “Yuventus”, "Mançester Yunayted" və "Real"da da çıxış edib. Hazırda Kriştiano Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 2023/24 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. (Lent.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO