Moderator.az insan beyini haqqında çox maraqlı faktları təqdim edir:
1) insan beyni televizorda göstərən ilanla həqiqi ilanı ayırd etmək də çətinlik çəkir. Ona görə də ilandan qorxan adamlar televizorda da veriləndə eyni hissləri keçirlər.xa0
2) yaddaş sisteminin beyində olduğunu düşünürlər, lakin bunu heç kim sübut edə bilməyib. Hətda başqa yerdədir deyənlərdə vardır)
3) Beynin funksiyası insanı qorumaq olduğundan qorxduğunuz an üzümüzün qanını ayağa verir ki, qaçaq ordan). Ona görə qorxan adamın rəngi ağarır.xa0
4) Beyində hündürlükdən qorxma hissi var, lakin yüksək sürətdən qorxu hələ formalaşmayıb. Ona görə də bütün avtomobil qəzalarının 90%-I yüksək sürətdən irəli gəlir. Bu çox güman ki, mağara dövründə əmələ gəlib.xa0
5) İnsan beyni yalnız insan üzünü tanıyıb yadda saxlamağa öyrəşib. Ona görə də biz qoyun, donuz və s heyvan sürüsünün içində hamısını eyni görkəmdə görürük. Amma onlar bir birindən çox fərqlənirlər.xa0
6) Bəzən əli kəsilən insan kəsilən əlinin sonralar ağrıdığını deyir. Bu çox normaldır. Çünki kəsilmiş əlin sinir ucları beyində qalır.xa0
7) İnsan beynini cərrahiyyə əməliyyatı zamanı tamamilə narkoz vurulmadan aparılır. Beyni kəsib dograsalar belə ağrı hiss etmir.xa0
8) İlk dəfə Lavuazye sübut etmişdir ki, insan başını kəsərkən bir neçə saniyə beyin işləyir. Bunu öz üzərində sınamışdir. Belə ki, onu edama aparanda dostuna demişdi ki, başımı kəsəndən sonra əgər göz vursam deməli bir neçə saniyə real dünya ilə əlaqəsi hələ də vardır.xa0
9) İnsan beynini bəzən kompüterlə müqayisə edirlər. Kompüterdə bir naqil (alternativ termin tapa bilmədim) qırılsa, kompüter işləməyəcək. Çünki alternativ kabellər sistemi yoxdur. Lakin insan beyninin bir hissəsi siradan çıxsa belə, sinir ucları başqa yerdən yenidən fəaliyyətə başlayacaq. bəzən güllə yarası alan insanlar sag qalır, beyninin bir hissəsi olmasa da. Lakin biz yarısı olmayan kompüterin işləməsini təsəvvür belə etmirik.xa0
10) Bəzən beynimizin yalnız 4%-ni işlədirik kimi fikirlər səsləndirirlər. Lakin bu tamamilə yanlışdır. Yalnız 4%-I işləyən beyin necə ola bilər? Beynimizin hər tərəfi işləyir. Hətda biz yatanda belə. Yalnız öləndə dayanır.xa0
Moderator.az


























































































