"Tramp" uşaqlarla uşaq oldu, şar üstündə öcəşdi, dalaşdı, ağladı

Hazırda oxunan: "Tramp" uşaqlarla uşaq oldu, şar üstündə öcəşdi, dalaşdı, ağladı

227565
Bu videoda gördüyünüz ağsaqqal kişilərdən biri ABŞ prezidenti Donald Trampın oxşarı, o biri isə onun tərəf-müqabilidir.

Onlar prezident və onun dostunu imitasiya edərək, 1 iyun - Beynılxalq Uşaq Hüquqularını Müdafiə Gününə həsr olunmuş tədbirə qatılıblar.

"Uşaqla uşaq, böyüklə böyük olmaq" idiomatikasını əldə rəhbər tutan "prezident", göründüyü kimi, uşaqlara qoşulub əylənir. O, üəzrinə mindiyi şarı ondan almaq istəyən şəxslə eynilə uşaq kimi öcəşir, mübahisə edir, sonda özünü yerə sürtür, ağlayır... Beləliklə, ortaya xeyli məzəli və ibrətamiz görüntülər çıxır.

Dünyanın ən qüdrətli dövlətinin ən qüdrətli siyasi xadiminin özünün də komplekssiz və artist biri olması, təbii ki, başqa məsələdir. Ancaq bu "Tramp"ın bu görüntülərlə verdiyi mesaj da önəmlidir. "Tramp" demək istəyir ki, insan nə qədər böyük vəzifəli, zəngin olsa da, onun içində mütləq bir uşaq yatır.

Yeri gəlmişkən, bu video dünya üzrə izlənmə rekordu qırır. Kim bilir, bəlkə bunlar heç o məşhur adamın oxşarı deyil, özüdür. Onun da əlindən belə şeylər gələ bilər, prinsipcə.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO