Bəzi insanlar cinsi əlaqə zamanı niyə boğulur? - CAVAB

Bəzi insanlar cinsi əlaqə zamanı niyə boğulur? - CAVAB

Hazırda oxunan: Bəzi insanlar cinsi əlaqə zamanı niyə boğulur? - CAVAB

216006

İndiana ştatı universitetinin psixoloqları cinsi əlaqə zamanı boğulmanın depressiya, narahatlıq, tənhalıq və kədər hissi ilə əlaqəli olduğunu müəyyən ediblər. 

 

Sfera.az bildirir ki, müvafiq araşdırmanın nəticələri “The Journal of Sex & Marital Therapy” jurnalında dərc olunub.

 

Sınaq subyektləri son 30 gündə və keçən il cinsi əlaqə zamanı boğulub-boğulmadığı barədə danışan 4000-dən çox insan olub. Tədqiqatçılar əlavə müqayisə üçün könüllülərin eyni dövrlərdə psixi vəziyyəti haqqında da məlumat toplayıblar.

 

Məlum olub ki, qadınların 33 və kişilərin 6 faizi 5 dəfədən çox boğulduğunu bildirib. Eyni zamanda, kişilər arasında narahatlıq istisna olmaqla, boğulma yuxarıda göstərilən psixi problemlərin dördü ilə əlaqələndirilirib.

 

“ABŞ-da gənclər arasında cinsi əlaqə zamanı boğulma tez-tez baş verir. Buna görə də bu cür cinsi təcrübələrin səbəb və nəticələrini müəyyən etmək vacibdir”, - müəlliflər qeyd edirlər. 

 

Alimlər həmçinin respondentlərin xoşagəlməz halının əsas səbəbinin nə olduğunu öyrənmək niyyətindədirlər: boğulma və ya psixi problemlər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO