Ərəb qadınlarına orduda xidmət etməyə icazə verildi  - VİDEO

Ərəb qadınlarına orduda xidmət etməyə icazə verildi - VİDEO

Hazırda oxunan: Ərəb qadınlarına orduda xidmət etməyə icazə verildi - VİDEO

215466
Moderator.az Zakon.kz saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı silahlı qüvvələrində qadın batalyonları yaranacaq. Krallıqda ilk dəfə olaraq orduda xidmətin çoxəsrlik məhdudiyyəti qaldırılıb. İndi qadınlar da əlinə silah alıb ölkəsini qoruya bilər.xa0

Bir neçə il bundan əvvəl qadağan olunan, bu gün mümkün olub. Bu, zərif cinsin nümayəndələrinə ikinci dərəcəli kimi baxan ölkədə rejimin ilk yumşalması deyil. 2011-ci ildə ərəb dövlətinin hakimiyyətixa0 xa0qadınlara seçkidə iştirak etməyə icazə verdi. Sonralar qadınların idman meydanlarına getməsini qadağan edən qanun ləğv edildi. 2030-cu ilə kimi nəzərdə tutulan milli strategiyadaxa0 gender bərabərlyi yolunda iri addımlar atılır.

“Bu, həyatın bütün sahələrində qarşısına qlobal vəzifələr qoyanxa0 geniş əhatəli proqram sənədidir: iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə. Bu islahatları bütöv bir gənc, kreativ siyasətçilər nəslindən olanlar yaradıb. Gənc ərəblər adlanan siyasətçilər islamı tamamilə yeni bir tərəfdən açıb göstərmək istəyirlər” - bunu şərqşünas Amanjol Urazbayev deyib.

Strategiyada ictimai həyata fəal cəlb olunması üçün qadınlara böyük rol ayrılır. Avtomobil sürməyə qoyulan qadağa da tarixin arxivinə göndərilib. Bu qadağa zamanında dindarların və həkimlərin inadına yaranıb, guya maşın sürmək qadınlarda ginekoloji problemlər, hətta sonsuzluq yarada bilər. Ona görə də qadınlar kişi sürücülər tutmalı olurdular.

“İndi bizə sürücü lazım deyil, çünki özümüz avtomobili idarə edə bilirik. Mən qadınam və mənim də azad və müstəqil olmaq hüququm var”.

Qadınların hüquqları iləxa0 bağlı kifayət qədər cəsarətli siyasəti köhnə ənənəni davam etdirən dindarlar süngü ilə qarşılayıb. Onlar inanırlar ki, istənilən müsəlman ölkəsində emansipasiya (sərbəstləşmiş qadın) iflasa uğrayacaq. Krallıqda qadınların özünü sınaması üçün idman klubları açılır.

Yeni islam - təsdiqlənmiş qanunlar məcəlləsi deyil, ilk növbədə insanlaraxa0 xoşbəxt olmaq hüququ verən xeyirxah münasibətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO