Süni yolla (həkim tərəfindən) dişlərin ağardılmasının zərərli olduğunu hesab edən şəxslər çox vaxt evdə təbii vasitələrlə dişlərini ağardır.
Bir az limon suyu, soda, yaxud da duz vasitəsilə bir neçə saniyədə dişləri ev şəraitində ağartmaq mümkün olur. Təbii yolla edildiyi üçün heç bir zərərinin omadığını düşündüyümüz bu vasitələr sən demə, dişlərin üst təbəqəsinin zədələnməsinə səbəb olurmuş.
Moderator.az türk mediasına istinadla bildirir ki,bu cür maddələr aşındırıcı təsirə malik olduğu üçün dişlərin üst təbəqəsini zədələyir. Gündəlik istifadə olunan diş məcununun tərkibi o qədər də ziyanverici olmadığı üçün tez-tez fırçalasaq belə, dişlərimiz zədələnmir. Amma sırf ağardıcı məcunun uzunmüddətli istifadəsi dişlərdə sonradan ciddi fəsadların yaranmasına səbəb olur. Bu cür diş məcununu bir aydan artıq istifadəsi məsləhət deyil.

Həkimlər bildirir ki, 6 aydan bir stomatoloq yanına getdikdə, gündəlik dişləri xa02 dəfə fırçaladıqda (səhər yeməkdən sonra, axşam yatmazdan əvvəl), diş sapından mütəmadi istifadə etdiyimiz zaman ev şəraitində dişlərin ağardılmasına xa0ehtiyac qalmır.
Kamran

































































































