Dünyanın istənilən ölkəsində dövlət başçısının, yaxud tanınmış siyasi xadimin maraq dairəsi, hobbisi, sevimli məşğuliyyəti, oxuduğu kitablar ictimaiyyətə maraqlı olub. Bir çox yerlərdə, xüsusən də, Avropa ölkələri və ABŞ-da jurnalistlər bu cür sualları rəhbərlərdən soruşmaqdan çəkinməyiblər.xa0
Moderator.az qardaş Türkiyə Cumhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan və sabiq baş naziri Əhməd Davudoğlunun kitab tövsiyələrini təqdim edir:
Dövlət başçısının önərdiyi iki kitab çox keçmədi ki, bütün ölkədə məşhurlaşdı. O, Osmanlının son dönəminə aid tarizi-siyasi mənzərəni əks etdirən, o dövrün yaşam tərzini bədii çalarlarla təsvir edən iki əsəri tövsiyə edib. Bu əsərlərdən biri Fatih Rıfkı Atay- “Zeytindağı”x9d romanıdır. Romanda XX əsrin əvvəllərindəki Osmanlını aydın görmək mümkündü. Burada həm dövrün mürəkkəb siyasi diktəsi, həm də bu siyasi mürəkkəblik fonunda sadə Osmanlı insanın yaşam tərzi əks olunub. Ərdoğan bütün türk gənclərinə bu kitabı oxumağı məsləhət bilir.xa0
Ərdoğanın çox sevidiyi başqa kitab isə Fəxrəddin Paşanən “Mədinə müdafiəsi”x9d romanıdır. Adını çəkdiyimiz birinci kitabla mövzuları demək olar, eynidir. Sadəcə, burada dövrün çətin tarixi situasiyası, siyasi labirinti daha geniş təsvir olunub.
Sabiq baş nazir Əhməd Davudoğlunun oxuduğu kitablar isə Orta Əsr müsəlman Şərqinin filosof-dövlət xadimlərinin əsərləridir. O, xa0Nizamilmülkün “Siyasətnamə”x9d, Xınalizadə Əli Əfəndinin “Əxlaqi-Əla”x9d, Əl Əfrabinin isə siyasətlə bağlı əsərlərinin stolüstü kitabları olduğunu və dövlət işində çalışan hər bir şəxsin onların oxumasının vacibliyini bildirib.
Elmin Nuri































































































