"WhatsApp" istifadəçilərinin nəzərinə: Mesajlarınızı...

Hazırda oxunan: "WhatsApp" istifadəçilərinin nəzərinə: Mesajlarınızı...

128039
"WhatsApp” istifadəçilərinin bütün mesajları hələ də ucdan uca şifrələnmə (end-to-end encryption, E2EE) ilə qorunur, nə messencerin özü, nə də onun sahibi olan "Facebook” istifadəçilərin şəxsi zəngləri və mesajlarını görə bilmir.

Sfera.az xəbər verir ki, bu barədə "WhatsApp”ın rəhbəri Uill Kedtkartın "Twitter”dəki açıqlamasında deyilir.

"Bəzi şayiələrə aydınlıq gətirmək istəyirik. 100% əmin ola bilərsiniz ki, şəxsi mesajlarınızı EAEE ilə qorumağa davam edirik”, - açıqlamada bildirilib.

"WhatsApp”ın məlumatına görə, konfidensiallıq siyasətinin yenilənməsi messencer vasitəsi ilə dostlara və ya ailə üzvlərinə göndərilən mesajların məxfiliyinə təsir göstərmir.

Xatırladaq ki, daha əvvəl "WhatsApp” messenceri istifadəçi razılaşmasını yeniləyib. Belə ki, messencer "Facebook” korporasiyasının bir hissəsi olaraq vərdişlərini və zövqlərini təhlil etmək məqsədilə istifadəçi haqqında lazımi məlumatları şirkətin bütün "tətbiq ailəsi” ilə bölüşəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO