Türk dünyasının Eynşteynindən Unikal təhsil tövsiyyəsi...

Türk dünyasının Eynşteynindən Unikal təhsil tövsiyyəsi...

Hazırda oxunan: Türk dünyasının Eynşteynindən Unikal təhsil tövsiyyəsi...

127877
Təhsil eksperti,  fəlsəfə doktoru Etibar Əliyevin “Xaricdə təhsil və Çingiz Abdullayev”x9d başlıqlı yazısında qaldırılan məsələlərin aktuallığını nəzərə alıb, tehsilelm.info saytında yer almış tanınmış türk köşə yazarı Ayşəgül Çalıkın dünya səviyyəli böyük alim Oktay Sinanoğlu haqqında məqaləsini təqdim edirik. 
 

Xarici dili öyrəndik, təhsili əldən buraxdıq!


Təhsilin milliləşdirilməsi mövzusunu bir yazı seriyası olaraq dəyərləndirməyə başlarkən, xarici dil ilə təhsildən başlamaq daha doğru olardı. Ancaq xarici dil ilə təhsil mövzusunu ələ alarkən bu dəfə mən susacağam və Prof. Dr. Oqtay Sinanoğlunun sözlərini sizə çatdıracağam. Çox alışılmış bir üslub olmayacağına səbəb isə, Sinanoğlunun bu mövzu haqqındakı fikirlərini və təcrübələrini öz fikir və təcrübələrimdən daha qiymətli tutmağımdır...
Əvvəla “hələ”x9d bilməyənlər üçün Prof. Dr. Oqtay Sinanoğlunun kim olduğunu çətin olsa da bir neçə cümlə ilə müxtəsər şəkildə verim... (Hələ sözünü dırnaq içində  yazmağım Oqtay Sinanoğlu haqqında eşitməyənlər və onu tanımayanlar üçün açıq bir şəkildə gileydir!)
Prof. Dr. Oqtay Sinanoğlu dünyada ən gənc yaşda (26 yaşında) professor olmuş şəxsdir. İki dəfə Nobel mükafatına namizəd göstərilmişdir. Aldığı saysız-hesabsız mükafatları, işləri və elmə verdiyi töhfələri o qədər çoxdur ki, bunları ayrı bir mövzu kimi ələ almaq mümkündür. Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və bir çox tədqiqatları ilə ədəbiyyata keçmişdir. “Türk Eynşteyni”x9d olaraq yad edilməsi də təsadüfi deyildir. O, hətta Eynşteynin bəzi hipotezlərini də çürütmüşdür. Elmi işləri sadəcə bunlardan ibarət olmayıb, həmçinin dünyada gəzmədiyi, yaşamadığı ölkə qalmayan Sinanoğlu bir tərəfdən də Türk tarixi, Türk mədəniyyəti və Türk dili mövzularındakı həssaslığını itirməmiş və bu sahələrə də diqqət göstərmişdir. Ən əsası isə dünyanın arxasınca düşdüyü bu elm adamı vətənindən uzaq qaldığı müddət boyunca belə nə öz ölkəsinə qarşı həssaslığını, nə də ona könüldən bağlılığını itirməmişdir. Mənliyini, şəxsiyyətini, mədəniyyətini daim qorumuşdur.
Bəs bunları danışmağımda məqsəd nədir? “Təhsil məsələsi müzakirə olunarkən, bəs Oqtay Sinanoğlu bu məsələ ilə əlaqədar ekspert sayıla bilərmi?”x9d deyə bilərsiniz... Yalnız mənim məntiqim belədir: Təhsil məsələsində bir kimsənin sözü diqqətə alınıb təcrübələrindən istifadə ediləcəksə bu, Prof. Dr. Oqtay Sinanoğlu kimi “elm ilə qəlbi”x9d  ayrılmaz  məfhumlar kimi görən, mədəniyyətimizi ruhunda daşıyan, Türk dilinə bu qədər əhəmiyyət verən, öz tarixini yaxşı bilən və bunlarla bərabər təkcə öz ölkəsini deyil, həmçinin dünyanı tanıyan bir alim olmalıdır.
İndi isə bu məqamdan sonra sözü Prof. Dr. Oqtay Sinanoğluna verirəm və onun “Mühacir  Hamamı”x9d adlı kitabının təhsil ilə bağlı hissəsindən bəzi cümlələri sizinlə bölüşürəm...
“27 dekabr 1949-ci ildə İnönünün dövründə, ABŞ ilə Türkiyə arasında Təhsil Komissiyası qurulması üçün bir saziş imzalandı. Bu sazişin məğzi təhsil işlərinin xaricə tapşırılmasından ibarət idi. ABŞ səfiri sədr olacaq və səsi iki səs olaraq hesablanacaqdı. 70 ildir ki, bu sazişin imzasından bəri təhsil xaricə buraxılmışdır.
Türkiyədə 1953-cü ilə qədər orta/lisey təhsili, dünyadakı bir neçə ən yaxşı təhsil sistemlərindən biri idi. Türkcə aldığım təhsillə ABŞ-ın ən yaxşı universitetlərində üç sinif irəli çıxdım. Məzun olduğum Yenişəhər Liseyində (daha sonra Ted kolleci adlandırılmışdır) məzuniyyətimdən sonra ingiliscə təhsilə keçildi. Bizim məktəbdən başlayaraq bu işə müvəffəq olan “Mr. Browning”x9d (Bu ad Sinanoğlunun ABŞ-ı Azmanıstan adlandırması kimidir), İngiltərə Kraliçasından 20 il sonra medal aldı. O vaxt heç kim “Kraliça niyə Türkiyədəki bir ingiliscə müəlliminə medal verir”x9d deyə soruşmadı. Bir keşiş gəlib Türk məktəbində dərs desə bilərsiniz ki, o keşiş və missionerdir.  Təmkininizi qoruyar, keşişin təsirinə düşməyiniz çətin olar. Ancaq eyni məktəbdə millətimizdən biri gəlib missionerlik etsə daha təsirli, dərin və hiyləgərcə olar. Osmanlının son dövründə qurulmuş missioner məktəbləri fəsad yuvaları olmuşdu. Beşinci kolon olaraq düşmənlə iş görürdülər. Məktəblər silah anbarı olaraq istifadə olunurdu. Atatürk bunları bildiyi üçün bu məktəbləri bağlasa da bir neçəsi qaldı. Lozanda belə bu məktəblər bağlana bilmədi. Bir neçə dənə qalan bu məktəblərdə atılmış pis toxumlar vaxt keçdikcə böyüyərək bir xəstəlik kimi Türkiyəyə yayıldı.”x9d
“Halbuki Atatürkün ən əsas prinsipi təhsilin milli olması idi ki, bu da təhsilin hər sahəsinin türkcə olması deməkdir.”x9d
“1863-cü ildə Robert Kolleci quruldu. Həmən dövr Amerikasına nəzər yetirsəniz onun o dövrdəki Osmanlı dövləti  ilə müqayisə olunmayacaq dərəcədə əhəmiyyətsiz bir ölkə olmasını müşahidə edərik. O vaxtdan etibarən xristian missioner  təşkilatları, Robert Kolleci ilə bərabər Merzifon, Harput, Tarsus kimi yerlərdə də məktəblər açdılar. Əlbəttə ki, bir neçə fransız və ingilis missioner məktəbləri də açıldı. Ancaq Amerikan missionerlərinin fəaliyyətləri çoxluq təşkil edirdi. Sonra sürətlə xristian missioner təşkilatları Türkiyənin hər yerində kolleclər açdılar.
Oqtay Sinanoğlu xarici dillə təhsilin çox sürətli bir şəkildə deyil, uzun müddətli bir proqram daxilində yayıldığını ifadə edərkən, bunun missionerlər tərəfindən başladılmış məqsədli bir təhsil sistemi olduğunu ifadə etmişdir.”x9d
Sinanoğlu kitabın hissələrinin birində bir çox qiymətli alimimizin, dəyərimiz saydığımız insanların da illərdir başa salmaq istədiyi, amma heç cürə dərk edilməyən “Türkcə təhsil”x9d mövzusundakı mövcud laqeydliklərə olan gileyini bu sözlərlə davam etdirir:
“Dünya dilinin ingiliscə olduğu tamamilə yalandır. Beş dəfə başa salsan, riyazi yoldan bu təhsil sistemi ilə olmayacağını sübut etsən, milli mədəniyyətin yox olması, tarixdən adımızın silinməsi, uşaqlarımızın şəxsiyyətsiz yetişməsi, yaxşı təhsil almaması, başqa ölkələrdəki təhsil sistemini başa salsan, yenə biri ayağa qalxaraq: “Uşağım ingiliscə öyrənməsinmi?”x9d deyər. Uşağın ingiliscə öyrənməsin deyənmi var? Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam başqa və qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir.
Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur! Müstəmləkə ölkələrini çıxmaq şərti ilə dünyada heç bir ölkədə belə bir xarici dil öyrətmə üsulu yoxdur!
 Bəlkə də bu sözlərə bunu da əlavə etmək olar ki: Dünyanın heç bir yerində xarici dil ilə təhsil verib adına KPSS dedikləri türkcə bir imtahanla mütəxəssis seçən bir sistem yoxdur! Hətta türkcə olaraq mühakimədə və qavramada çətinliklər yaşayan bəzi elm sahələrinin getdikcə yayılaraq ingiliscə öyrədildiyi bir ölkədə tələbələrin nə dərəcədə mütəxəssis olaraq yetişdirildiyi isə başqa bir mövzudur. Dünyanın heç bir yerində uşaq zehninin hələ ən təzə olduğu vaxtlardan etibarən ona ingiliscə mahnılar öyrədilən yerlərə qaça-qaça övladını təslim etməyi fəxr sayan ailələr də yoxdur! 3-4 yaşındakı uşağına ingiliscə saymağı daha məktəbə getməzdən əvvəl evdə öyrədərək “şüurlu valideyn”x9d olduğunu düşünən və bununla müvəffəqiyyət əldə edərmişcəsinə fəxr edən ailələri də bizim ölkədə gördüyünüz kimi başqa ölkələrdə görməyə ümid etməyin...”x9d
Xarici dil tədrisinin əleyhinə deyiləm əlbəttə ki! Sadəcə dərk etməkdə çətinlik çəkdiyim xüsus: nə vaxtdan bəri İngilis dili bir mədəniyyət dili halına gəldi ki, bu dərəcədə tələb olunmağa başladı? Nə vaxtdan bəri əsas mədəniyyət dili olan Türk dilinə  düzgün hakim olmayan insanlar, Oqtay Sinanoğlunun deyimiylə sahib olduğu “Tarzanca”x9d ilə bu qədər hörmət gördülər və peşələrdə üstün tutuldular? Nə vaxtdan bəri hələ özünü doğru düzgün ifadə edəməyən gənclər, hətta yetişkinler sahib olduqları xarici dil ilə türkcələrinin yarımçıq olmağını tamamlamış sayıldılar?
Başını kəsib sadəcə sonunu dedikləri Atatürkün sözü ağlıma gəldi...
Türk demək, Türkçə deməkdir! Nə xoşbəxtdir Türkəm deyən!
Türklüyün sadəcə irsi bir məsələ olmadığını söyləyən o cümlə... Başını kim kəsib atdı bilmirəm, amma bu şəkildə daha mənalı olduğu dəqiqdir!
Oqtay Sinanoğlunun xarici dildə təhsil məsələsindəki düşüncələrinin hamısını bura sığdırmaq mümkün deyil. Ancaq son əsrin gəlib geçmiş ən əhəmiyyətli aliminin, daha dəqiq desək “elmi və qəlbi”x9d bir-birindən ayırmadan yaşayan bir insanın bu cümlələri belə, məsələyə baxışımızda yeni bir pəncərə açmalıdır. Bu yazıda “Mühacir Hamamından”x9d bir neçə bölümü sizlərlə bölüşdüm...
Oqtay Sinanoğlu kimi bir dəyərin varlığından çox kiçik yaşlarda xəbərdar olan biri kimi bu kitabın qalan hissəsini sizlərin də oxumağınızı məsləhət görürəm.
Təhsilin milliləşməsini ancaq “xarici dillə tədris”x9d kimi dəyərləndirmək şübhəsiz ki, əskik bir nöqteyi-nəzər olacaqdır. Bu səbəblə ``təhsilin milliləşməsi`` məsələsini üç yazıdan ibarət bir seriya olaraq növbəti dəfə dəyərləndirməyə davam edəcəyəm.
Türk mədəniyyəti içində müasirləşməni bacara bilən bir millət olmaq arzusu ilə...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO