Bir neçə gündür ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.xa0
Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...
Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/126057.html

Birinci istefa...
Burada Genşerin yuxarıda qeyd etdiyim sualına qayıtmaq istəyirəm: «Görəsən, Qorbaçovun Almaniyanın təhlükəsizlik statusunun mürəkkəb məsələsinin xarici işlər nazirinin ümidinə buraxacağı barədə amerikalıların gümanı doğrulacaqmı? Bu iki şəxs arasında nə baş verirdi?»xa0
Kənardan baxanlar üçün aydın sezilirdi ki, Qorbaçovla mənim aramda yadlaşma prosesi baş verirdi. Bu proses bir az gec başladı, biz axı dost idik. Bəlkə, Malta görüşündən sonra, yaxud daha dəqiq desək, Sovet İttifaqı xarici işlər nazirinin nüfuzunun bütün dünyada yüksək səviyyəyə qalxmasından sonra o, öz hərəkətlərində, bir növ, müstəqillik əldə etdi (Prinsipial məsələlərə mütləq Qorbaçovun razılıq verməsi fonunda). Görünür, mən Qorbaçova rahatlıq vermirdim. Bəzi münaqişələrin həllini hörmət əlaməti olaraq mən onunla bölüşürdüm, bəzisini isə, özüm həll edirdim. Dünyanın nüfuzlu şəxslərilə yeni əlaqələr yaranırdı. Bu əlaqələr çox adamı qıcıqlandırırdı. Mən ki, rus deyildim, ona görə də, elə əvvəlcədən bu vəzifədə çalışmaq istəmirdim.xa0

Əvvəlcə mən və Qorbaçov «perestroyka»nın başlanğıcında birgə idik. Qalibiyyətimizi də, məğlubiyyətimizi də birgə bölüşürdük. Axırda isə tək qaldım. Belə ki, mənim istefaya getməyimə səbəb var idi: şəxsiyyət və dövlət, emosional və praqmatik, mənəviyyat və gələcək barədə düşüncələrimə görə istefa verdim. Özünüz müzakirə edin, deputatların böyük hissəsi sistematik və məqsədyönlü olaraq hər yerdə və həmişə xarici işlər nazirini təhqir edir və söyürdülər: Ali Sovetin iclasında, MK plenumlarında, işgüzar görüşlərdə, televiziya və radioda Müdafiə Nazirliyinin partiya iclası isə iki dəfə Qorbaçova müraciət edərək, xarici işlər nazirini vətən maraqlarına xəyanətdə günahlandıraraq, onun barəsində cinayət işinin açılmasını tələb edir. Bu zaman Qorbaçov onu müdafiə etmək üçün səsini belə, çıxarmırdı. Mən ki, onun naziri idim”¦ Hər şeydə də başdan ayağa qədər haqlı idim. «Perestroyka» ideyaçısı Aleksandr Yakovlevin dediyinə görə: «Zaşişat publiçno svoix storonnikov Qorbaçev izbeqal, rukovodstvuyas pri tom tolko emu izvestnımi soobrajeniyami». (Aleksandr Yakovlev, Sumerki. İzd., «Materik», M., 2005, st. 467)
Bir gün deputat Starovoytova (sonralar onu öldürdülər) Ali Sovetin iclasında çox sərt şəkildə çıxış etdi: «Kim Şevardnadze kimi 24 saat nailiyyət əldə edə bilir? Şər atanların cavabını niyə vermirsiniz”¦Â»
Amma mən müdafiəni Qorbaçovdan gözləyirdim. Qeyd etdiyim kimi, çətin məsələləri həmişə onunla birgə həll edirdik. Bu cür hücumlar və təhqirlər bir və ya iki deyildi. Mən özüm layiqli cavab verirdim, amma bu cür çıxışlar elə tez-tez təkrarlanırdı ki, elə nazirliyin işinə də mənfi təsir göstərəcəkdi. Nazirliyin I şəxsinin - nazirin təhqir edilməsi, onun nüfuzunun ləkələnməsinə cəhd nazirliyi və onun əməkdaşlarını pis vəziyyətdə qoyurdu.
Bu demarşlar gizli şəkildə cərəyan edən proseslərin ifadəsi idi. Onlar Qorbaçova xa0və «perestroyka»ya qarşı ünvanlanmışdı. Xalq «perestroyka» komandasını dağıtmaq istəyirdi. Mənim və Aleksandr Yakovlevin Qorbaçovdan uzaqlaşdırılmağımızı istəyirdilər ki, o, tək qalsın.

Fövqəladə vəziyyət yaranmışdı. Xaricdə olan səfirlərimizdən və daxili kəşfiyyatçılardan məlumatlar götürürdüm. Mənim əməkdaşlarım da xeyli məlumata malik idilər. Bu məlumatlara görə, çevriliş üçün təşkilat yaradılırdı. Bunu yalnız Qorbaçova deyil, başqalarına da deyirdim. Qorbaçov guya dinləyirdi, amma”¦xa0
Düşünürdüm: «Xarici işlər naziriyəm. Dövlət təhlükəsizliyi barədə danışıram. Arqumentlərə də malikəm, amma dediklərimi heç kəs dinləmir. Mənim burada olmağımın nə mənası var?! Deməli, mənə inanmırlar. Gizli nəzarət altındayam və mənim telefon söhbətlərim dinlənilir»”¦ Bütün bunlar mənim istefamda böyük rol oynadı.
Hiss edirdim ki, «onlar» qalib gələrsə, məni real təhlükə gözləyir. O zamanlar yaşadığım evi də başqa birisi gözaltılamışdı. Yaşadığım mərtəbədə məndən başqa bir yüksək vəzifəli şəxs də yaşayırdı. O, İttifaqın mərkəzi komitəsinin katibi, «politbüro»nun üzvü Lev Zaykin idi. Orada birotaqlı ev də var idi. Vitse-prezident Gennadi Yanayev yaşamaq üçün elə həmin birotaqlı evə köçdü. Təəccüblənirdim ki, o, niyə bu birotaqlı evə köçdü?! Sonralar isə başa düşdüm: mənim gənc qonşumun siyasi vəziyyəti perspektivli idi, mənimki isə dumanlı”¦ Onlar qalib gələrsə, mənim fiziki varlığıma son qoyulması nəzərdə tutulmuşdu (fövqəladə siyahı da var idi, orada mənim soyadım ilk yazılanlar arasında idi). Mənim evim də boşaldılacaq və onun birotaqlı evinə əlavə olunacaqdı. Sözün qısası, hədəf mən idim. Mən bunu bilirdim və heç onların özü də bunu gizlətmirdilər.
Belə bir durumda ölkə başçısından və dostumdan başqa tərəfimi kim saxlaya bilərdi?
Dövlət maraqları kimi əhəmiyyətli şəxsi aspekt də mövcud idi. Ölkəni təhlükə gözləyirdi. İctimaiyyət isə heç nə görmür və heç nə hiss etmirdi. Xalqı oyatmaq lazım idi”¦
1990-cı ilin dekabrında mənim xalq deputatları qurultayında istefa barədə çıxışım çox qısa idi. Belə də olmalı idi, amma mənim köməkçilərim geniş çıxış mətnini (məruzə ilə çıxış etməyə borclu idim) mənim xahişimlə deputatlara payladılar.xa0
Bu sərt və həyəcanlı çıxış partlayış qoparmalı idi. Girişdə qeyd etdim ki, bu, mənim həyatımda ən qısa çıxış olacaq.
Çıxışımın mənası bu cümlələrdə idi: «Nastupaet diktatura”¦ Nikto ne znaet, kakaya eto budet diktatura i kakoy diktator pridet, kakie budut poryadki”¦ Pust moe otstavka budet, esli xotite, moim protestom protiv nastuplenie diktaturı». «Bizə, «perestroyka»ya hücum edirlər! Diktatura gəlir, komaların dibində gizlənmişik, bu cür davam etmək olmaz. Mən bu təhlükəyə etiraz olaraq, gedirəm», - bunları dedim və öz yerimdə - hakimiyyət sıralarında oturdum.
Sonra böyük alim, akademik, həqiqi Peterburq ziyalısı Dmitri Lixaçov çıxış etdi: «Mənim Eduard Ambrosoviçə böyük hörmətim var və xalqın adından ondan xahiş edirəm ki, qalsın və öz işini davam etdirsin».

Qayıda bilməzdim, nə də qayıtmazdım. O zaman 62 yaşında idim. Dövlət xadimi üçün mükəmməl yaş idi. Nə edəcəyimi və necə edəcəyimi gözəl bilirdim. Ailəmi gözləyən təhlükəni də hiss edirdim. Məni nə gözlədiyini bilirdim, amma öz sözümü deməli idim.xa0
Qurultayda məndən sonra Qorbaçov çıxış etdi. Bir növ, «təriflədi». «Mən təhlükə barədə heç nə bilmirəm» - deyə təəccübləndi - Belə şey baş verirsə, mən niyə heç nə bilmirəm?!»
Qorbaçovun bundan xəbərsiz olması mümkün deyildi: təhlükəsizlik kuratoru Çebrikov bir az təvazökar insan idi, amma hər şeyi ona deməyə borclu idi. Bilmirəm o, nə üçün təhlükəni görə bilmirdi. Əgər görürdüsə, niyə müvafiq ölçülər götürmürdü. İnanmıram ki, kimsə cəsarət edib hansısa məlumatı ondan gizlədəydi.
Amma Qorbaçovun məsələdən məlumatlı olmasını onun 1991-ci ildə Minskdə partiya fəallarının iclasında, mənim istefamdan düz iki ay sonra etdiyi bəyanat da təsdiq edir: «Diktatura təhlükəsi realdır və mən «perestroyka»nın bütün tərəfdarlarına müraciət edirəm ki, ayıq olsunlar». Bu bəyanatı verdi və istirahət üçün Krıma yollandı.
Ardı var...


































































































