Bu fotoşəkil Almaniyanı qarışdırdı  - FOTO

Bu fotoşəkil Almaniyanı qarışdırdı - FOTO

Hazırda oxunan: Bu fotoşəkil Almaniyanı qarışdırdı - FOTO

124192
Almaniyada Xristian Demokrat Birlik partiyalı bir millət vəkilinin ictimai mediada paylaşdığı fotoşəkil müzakirəyə səbəb olub.

Moderator.az xəbər verir ki, Xristian Demokrat Birliyindən seçilən millət vəkili Erika Steinbaçın Twitter hesabından paylaşdığı fotoşəkildə hindlilərdən ibarət izdiham bir qrupun ortasında qalan ağ bir uşağı göstərir. Fotoşəkilin üstündə "Almaniya 2030", altında isə "Sən haradan gəlirsən?" yazılıb.

Steinbaç tənqidlər üzərinə özünü müdafiə edib. Millət vəkili fotoşəkilin özünə Frankfurtda yaşayan "narahat bir ata" tərəfindən göndərildiyini bildirib. Yüksək tirajlı "Bild" qəzetinə şərh edən Steinbaç, "Uşağının sinifində yalnız iki alman qalmış" fikirini dilə gətirib.

Fotoşəkilin insanları narahat edən bir problemi dilə gətirdiyini ifadə edən Steinbaç "Təcavüzkar bir fotoşəkil deyil. Yalnız uşağı maraq və maraqla süzən yaxşı niyyətli Hindlilər görülür" deyib. Erika Steinbaç "Almaniya 2030-cu ildə fotoşəkildəki kimi ola bilərmi?" sualına isə, "Məlumatlar buna işarə edir. Böyük şəhərlərdə alman olmayanların nisbəti ciddi şəkildə artdı" fikirini müdafiə edib.

Elşən Yəhyayev

Bu fotoşəkil Almaniyanı qarışdırdı <i style= - FOTO" src="//old.moderator.az/fotobaza/original/11802.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO