Eşşək olmaq çətindir, adam olmağa nə var?

Eşşək olmaq çətindir, adam olmağa nə var?

Hazırda oxunan: Eşşək olmaq çətindir, adam olmağa nə var?

114349
Moderator.az tanınmış publisist - jurnalist Heydər Oğuzun qələmə aldığı yeni təmsili isti - isti dəyərli oxucularımıza ərməğan edir:





Eşşək dedi sıpaya:
-Yaman atdın soncuğu,
Əyil, asım boynundan
Mən də bir göz muncuğu.

Sıpa dedi: - ay ana,
Güldürmə məni yenə.
Eşşəkliyin özü də
Göz muncuğudur mənə.

Görmürsənmi, qanmaza
“Uzunqulaq”x9d deyirlər,
Bizi görən insanlar 
Ağız-burun əyirlər?

Nə olsun mən atıram
Hər kəsdən yaxşı şıllaq?
Bacarıqsız insanlar 
Mənə vururlar şallaq.

Eşşəklik nəcibliksə
Niyə bəs görülür xor?
Bizmi çox ağılsızıq,
İnsanlarmı yoxsa kor?

Eşşək dedi:-Qəm yemə,
Çatışmır ağılları.
Sənin soncuq atmağın 
Öldürür paxılları.

Qulağın çox uzundur
O qısaqulaqlardan
Onlar da qisas alır
Təhqirlə ulaqlardan.

Heç anqıra bilərlər
Bizim kimi hər dəfə?
Paxıllıqdan alırlar
Eşşəkliyi hədəfə.

Eşşəkliyin qədrini
O paxıllar nə qanar?
Eşşək olmaq çətindir,
Adam olmağa nə var?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO