Qaraciyər xəstəsi olan məşhur aktyor MƏHKƏMƏYƏ VERİLDİ:

Qaraciyər xəstəsi olan məşhur aktyor MƏHKƏMƏYƏ VERİLDİ: "Alimenti ödəmir..." - FOTOLAR

Hazırda oxunan: Qaraciyər xəstəsi olan məşhur aktyor MƏHKƏMƏYƏ VERİLDİ: "Alimenti ödəmir..." - FOTOLAR

249879

Türkiyəli aktyor Ufuk Özkanla keçmiş həyat yoldaşı arasında aliment mübahisəsi yaranıb.

 

Sfera.az bildirir ki, bir müddət əvvəl qaraciyər çatışmazlığından əziyyət çəkən aktyorun şəxsi həyatı yenidən gündəm olub.

 

Məşhurun 1,5 il əvvəl boşandığı həyat yoldaşı Nazan Özen məhkəmənin təyin etdiyi alimentlə bağlı açıqlama verib.

 

“Noyabr ayından bəri, təxminən 6 aydır ki, alimenti ödəmir. Mayda bununla bağlı məhkəməmiz baş tutacaq. Qarşı tərəfə hər cür anlayış göstərdik, şərait yaratdıq, amma heç bir müsbət addım yoxdur. Ən azından övladının əsas ehtiyaclarını ödəməlidir, lakin hazırda vecsiz davranışlarını davam etdirir”, - Nazan Özen bildirib.


Qeyd edək ki, Ufuk Özkan “Genç Aile” adlı serialla tanınıb.


Türkan

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO