Qaraqan Bakıdadır? - FOTO

Qaraqan Bakıdadır? - FOTO

Hazırda oxunan: Qaraqan Bakıdadır? - FOTO

234441

Qaraqan ləqəbi ilə tanınan Azərbaycanın məşhur repçisi Elxan Zeynallının Bakıda olduğu iddia edilib.

 

Sfera.az xəbər verir ki, E.Zeynallının anası Afaq Vasifqızı öz İnstaqram səhifəsində iddialara səbəb olacaq paylaşım edib.

 

Belə ki, paylaşımda onkoginekoloq Könül Mərdanovanın A.Vasifqızına xitab edərək bu sözləri yazıb:

 

"Afaq, gözü dolusu görəsən balanı".

 

Paylaşımı görən izləyicilər repçinin övladının dünyaya gəldiyini və buna görə də Qaraqanın Bakıda olduğunu iddia ediblər.

 

Qeyd edək ki, E.Zeynallı 2007-ci ildə yaranan H.O.S.T qrupunun solisti olub. 

 

2012-ci ildən isə qrup üzvləri kariyeralarına ayrı davam etmək qərarı alıb.

 

Elxan Zeynallı uzun müddətdir ki, Amerikanın Nyu-York şəhərində yaşayır.

 

2023-cü il 29 sentyabrdan isə yenidən karyersına "Söz" adlı treki ilə davam edir.

 

Firuzə Əliyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO