Yeni evlənən azərbaycanlı cütlüyün evi yandı - Xəsarət aldılar

Yeni evlənən azərbaycanlı cütlüyün evi yandı - Xəsarət aldılar

Hazırda oxunan: Yeni evlənən azərbaycanlı cütlüyün evi yandı - Xəsarət aldılar

163736
Ötən gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata əsasən, yanğın qısa müddətdə qurumun yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, hadisə elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Evi yanan şəxslər arasında bir neçə həftə əvvəl ailə həyatı quran aktrisa Asya Atakişiyeva ilə həyat yoldaşı Əmrah Dadaşov da olub. Onlar yanğın zamanı xəsarət alıblar. Bu haqda Əmrah Dadaşov özü məlumat verib:

"Möcüzə idi. Ölümlə bizi sadəcə 5 saniyə ayırırdı. Özümdə zorla güc toplaya bildim, Allah bizi saxladı. Xəsarət alsaq da, hazırda vəziyyətimiz ortadır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO