Xəbər verdiyimiz kimi, aparıcı və aktyor Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun ona "Whatsapp" vasitəsi ilə göndərdiyi təhdid, təhqir və nalayiq ifadələrlə dolu səs yazısını yayıb.
Bizim.Media xəbər verir ki, tərəflər arasında yaşanan qalmaqala müğənni Rəqsanə İsmayılova müdaxilə edərək, açıqlamaları ilə yanan ocağın üzərinə benzin səpib.
Rəqsanə Sərxana təhdid dolu səsli mesaj göndərib.
"Mənim nə Moskvada, nə də ki Azərbaycanda heç kimdən qorxacaq yerim yoxdur. Oğlumun tək canına and içmişəm, bunun heyfini səndən çıxacam. Özün də bunu görəcəksən. Sən özün yaxşı bilirsən ki, Rəqsanənin və Fazilin əli girməyən yer yoxdur. Sən Sərxanlığını göstərərsən. Görək kim udacaq, kim qalib gələcək?! Məni polislə qorxudursan?! Polis mənə nə edəcək? Rusiyada şikayət ərizəsi yazmısan? Mənə nə edəcəklər? Heç kimdən qorxmuram", - deyə Rəqsanə bildirib.
S.Kərəmoğlu Rəqsanənin səsli mesajlarını "Instagram"da yayımlayaraq, bu sözləri yazıb
"Heç kimin ailə işinə qarışmamışam. Aysun haqqında sual verilib, mən də Aysunu tərifləmişəm. Mən toyun saxta olmasını deməmişəm. TV-də jurnalist təxəyyülü deyilən bir şey var. Mən inanmadığımı demişəm. Rəqsanəni "mən sənə inanmıram" kəlməsi qıcıqlandırıb.
Sən polisə söyürsən, 102 deyirsən, məni öldürməklə hədələyirsən. Unutma, bu qədər təhqirlərinə və təhdidlərinə baxmayaraq sənin xətrin mənə əzizdir. Əziz insan, Allah səni və ailəni qorusun, amma dava-dava oyunumuz davam edir".
Qeyd edək ki, bu qalmaqala səbəb Sərxan Kərəmoğlunun "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın yalançı olduğunu deməsi olub.
Rəşad Əliyev, Bizim.Media