Pərvin Abıyeva:

Pərvin Abıyeva: "Meylim kişilərədir, həmcinslərimə yox" – VİDEO

Hazırda oxunan: Pərvin Abıyeva: "Meylim kişilərədir, həmcinslərimə yox" – VİDEO

99713

“Son zamanlar ailə qurmaq düşüncəsindən uzaqlaşmışam. Çünki bir neçə dəfə cəhdlərim oldu. Aldandım, ondan sonra boş verdim. Baxmayaraq ki, çox güclü və ağıllıyam, hər qadın kimi mənim də ürəyim, hisslərim var. Mən də aldana bilirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “YouTube”da yayımlanan “Qırmızı” layihəsində deyib. 

Sənətçi həyatında tez-tez xəyanətlə üzləşdiyini və buna öyrəşdiyini qeyd edib.

“Həyatımda xəyanət çox görmüşəm. Bunu tək sevdiyim insandan yox, dostlarımdan, əhatəmdən, iş yoldaşlarımdan da görmüşəm. Artıq xəyanətə öyrəşmişəm. Bəzi kişilər qadını əldə edə bilməyəndə başqa yollara əl atır. Bilir ki, hər bir qadının zəif nöqtəsi ailə qurmaq, uşaq sahib olmaqdır. Düşünür ki, bunu necə əldə edə bilərəm. Ən yaxşısı, həmin qadına evlilik təklif edib, əldə etməkdir. Bu evliliyi hara qədər uzadıb, uzadaram. Hara qədər gedər-gedər. “Tutar qatıq, tutmaz ayran”. O baxımdan aldanmışam”. 

Pərvin hazırda həyatında sevdiyi şəxsin olduğunu açıqlayıb. 

“Həyatımda sevdiyim şəxs var. Amma onun kimliyini açıqlaya bilmərəm. Ona görə də çox dərinə getmək istəmirəm”. 

Abıyeva ən böyük istəyindən də söz açıb. O, ana olmaq istədiyini dilə gətirib.  

“Həyatımda istədiyim bir tək şey var. Onu əldə etməmişəm, amma etmək istəyirəm. Ana olmaq istəyirəm. İnşallah”. 

Sənətçi müsahibəsində aktrisa olduğuna görə valideyinləri tərəfindən evdən qovulması iddialarına da aydınlıq gətirib.

“Məni evdən qovmayıblar. Elə bir şey olmayıb. Mən oğlan kimi böyümüşəm. Uşaqlıq şəkillərimə baxsanız görərsiniz ki, saçlarım belə oğlan kimi qısa kəsilib. On birinci sinifdən sonra qız kimi geyinməyə başlamışam. Çünki hər zaman oğlan kimi geyinmişəm. Elə böyüdüyümə görə,  bu sənətə gəlmək üçün valideyinlərimdən heç bir icazə almamışam. Sadəcə aktrisa olacağımı demişəm. İlk əvvələr əmilərimlə, dayılarım aktrisa olmağımı qəbul etmirdilər.  İndi də bəzən görürsən ki, qəbul etmirlər. Amma yavaş-yavaş özümü onlara qəbul etdirdim. Əvvələr məni televizorda görəndə söndürüb, kanalı çevirirdilər. İndi isə deyirlər ki, Pərvini göstərsəydilər baxardıq”. 

Pərvin Abıyeva cəmiyyətdə barəsində gəzib-dolaşan “Pərvin eynicinslərə meyllidir” söhbətlərə də aydınlıq gətirib.

 “Allah məni o günə salmasın. Eynicinslərə qarşı heç zaman meylim olmayıb. Əhatəmdə elə insanlar hər zaman olub.  O onların düşüncəsi, seçimi, yaşayışıdır. Ümumiyyətlə insanları qınamağı sevmirəm. Əgər meylim olsaydı, indiyə qədər bir qız və ya qadınla adım birgə çıxardı. Bilirsiniz ki, adım kimlərlə birgə çıxıb və hallanıb. Yəni hər zaman əks cins olub”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO