Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb.
Bizim.Media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.
Telefonu A.Bəylərin köməkçisi götürüb və müğənninin səhhətinin yaxşı olduğunu deyib:
“Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:34 / 17.10.2022
Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ? - ÖZƏL
Hazırda oxunan: Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ? - ÖZƏL
Hazırda oxunan: Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ? - ÖZƏL
99696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.