Hadisə HƏDƏLƏDİ: \

Hadisə HƏDƏLƏDİ: \"Böhtan və təhqir dolu şaiələrə səssiz qalmayacağam\" - FOTO

Hazırda oxunan: Hadisə HƏDƏLƏDİ: \"Böhtan və təhqir dolu şaiələrə səssiz qalmayacağam\" - FOTO

99507

Türkiyənin pop ulduzu Hadisə keçmiş həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşandıqdan sonra barəsində çıxan iddialara və sosial mediada yazılan xəbərlərə sərt reaksiya bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında post paylaşıb.  
Hadisə həm özünün, həm Mehmetin həm də ailəsinin ünvanına söylənilən fikirlərə artıq susmayacağını və bununla bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb:

"Bu günə qədər haqqımda çıxan doğru və ya yanlış xəbərləri istər ifadə, istər media azadlığınğa səy göstərirdim.

Xəbər dəyəri olmayan, təkzib etməyə tənəzzül belə etmədiyim, şəxsi kin, pislik duyğuları ilə hər şeydən əvvəl qadınlıq şərəfimi zədələyən, ailəmə, hətta boşandığım şəxs və onun ailəsinə qarşı hörmətsizliyi özündə əks etdirən, böhtan və təhqir səviyyəsinə çatan şayiələrə səssiz qalmayacağam.

Mənim üçün əxlaqın özü davamlı inkişaf etmək, işini düzgün görmək, ölkəm, başda oradakı qadın və uşaqlar olmaqla cəmiyyət üçün faydalı, örnək bir sənətçi olmaqdır. Bu günə qədər necə gəlmişəmsə, bundan sonra da bu xətt üzrə irəliləyəcəyəm".
Qeyd edək ki, keçmiş ər-arvad Hadisə ilə Mehmet aprelin 30-da nikahlarını rəsmiləşdirsələr də beş aydan sonra beş dəqiqə ərzində boşanıblar.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO