Sərxan OD PÜSKÜRDÜ:

Sərxan OD PÜSKÜRDÜ: "Aysunun evliliyinə onsuz da inanmadım" – VİDEO 

Hazırda oxunan: Sərxan OD PÜSKÜRDÜ: "Aysunun evliliyinə onsuz da inanmadım" – VİDEO 

99390

“Aysun İsmayılovanın bu evliliyinə onsuz da inanmadım. O yanındakı bəyə də inanmadım. Onların toyu başdan-ayağa oyun idi. Bu oyuna inanan axmaq insandır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Sərxan Kərəmoğlu “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Aysun İsmayılovanın evliliyinə inanmadığını söyləyən sənətçi onu ağılsız adlandırıb.  

“Aysun şou üçün evlənmək istəsəydi, o bu evliliyin zamanını uzadardı, hamilə qalardı, ondan sonra ayrılardı. Buradan belə çıxır ki, Aysunda biclik yoxdur. Aysunun ağlı olsaydı, bu addımı atardı. Onsuz da bizim şou cameəsində hamı uşaq, şou, “evlənib-boşandı” üçün ərə gedir. Sonra da yəni sərbəstdir və bütün təkliflərə “Hə” cavabı verməyə açıqdır. Aysun o biclikləri eləsəydi, indi bir uşağı olmuşdu”.  

S.Kərəmoğlu Aysunun anası müğənni Rəqsanə İsmayılovanın da “bostanını daş-qalaq” edib. Aktyor müğənnini yalançı olmaqda günahlandırıb.  

“Rəqsanənin bir kəliməsinə də inanmıram. Amma Aysuna inanıram. Şou-biznesin 95 faizi yalançıdır. Mən Aysun üçün ən çətin olan bir işi belə görərəm. Çünki Aysun səmimi, təmiz, pakdır. O, ərə getsə də, otuz yaşı olsa da, uşaqdır, safdır”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO