Müğənni Günay İbrahimli yeni klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, ifaçı 4 il əvvəl aldığı, sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı isə Elvin Musayevə məxsus olan “Kabus gecələr” mahnısını ekranlaşdırıb.
Klipin rejissorluğu Dele Orucluya həvalə olunub.
Qlamur tərzi ilə seçilən sənətçinin ekran işində yer alan üç model oğlanın Günaya aşiq olması kimi göstərilib.
G. İbrahimli yeni işi ilə bağlı fikirlərini bu cür ifadə edib:
“Əslində bu bəstə 4 ildir ki məndədir. Müəyyən səbəblərə görə “Kabus gecələr”i təqdim edə bilmirdim. Qismət bu günə imiş. Mahnı məhz mənim istəyim ilə, səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən ərsəyə gətirilib”.
Qeyd edək ki, sözügedən mahnını 2018-ci ildə Türkiyənin pop ulduzu Berkay “Ben sadece” adı ilə repertuarına əlavə edərək, ona klip çəkdirib.
Rəşad Əliyev, Bizim.Media