Nəfəs 270 min dollara VİLLA ALDI - FOTO/VİDEO

Nəfəs 270 min dollara VİLLA ALDI - FOTO/VİDEO

Hazırda oxunan: Nəfəs 270 min dollara VİLLA ALDI - FOTO/VİDEO

99095

Müğənni Nəfəs özünə 270 min dollara lüks villa alıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamal monitorda Nəfəsin yeni aldığı dəbdəbəli villasının fotolarını nümayiş edib.

“Bu illərlə çalışdığımın əziyyəti, bəhrəsidir. Hələ ki, 270 min dolların hamısını ödəməmişəm. İnsanlar elə zənn edirlər ki, hardandır bu qədər pul Nəfəsdə. Deyəndə ki, borc-xərclə bu məbləği düzəltmişəm.

Söyləyirlər ki, Nəfəs acından ölür. Evsiz böyüyən bir qız olmuşam. Biz ailəlikcə 2009-cu ilə kimi kirayə evdə yaşamışıq. Ailədə iki bacı və bir qardaşım var. Hamımız subayıq. Villanı alıb verdim anama. Özüm də onlarla birgə yaşayıram.

Atam çalışsa da, onun imkanı çatmayıb ki, şəxsi evə sahiblənsin, Atam 2011-ci ildə yol qəzasında dünyasını dəyişib. Gözləmədiyimiz bir anda, belə bir hadisə ilə üzləşdik. Kaş o sağ olardı, görərdi bu villanı. İstərdim ki, qazandığım evdə yaşayardı.
Əslim Qərbi Azərbayacandadır. Bu gün sevinirəm ki, zəhmətimlə aldığım evdə öz anamı yaşadacağam. Heyif ki, bunları görmək atama qismət olmadı. Qardaşıma da avtomobil hədiyyə etmişəm. Ailəmə dəstəyəm, ölənə kimi də onların yanındayam”, - deyə Nəfəs bildirib.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO