Dədə Süleymanın qızı:

Dədə Süleymanın qızı: "Atamın ürəyi, böyrəkləri fəaliyyətini itirib, ciyərlərinə su gəlib" – VİDEO

Hazırda oxunan: Dədə Süleymanın qızı: "Atamın ürəyi, böyrəkləri fəaliyyətini itirib, ciyərlərinə su gəlib" – VİDEO

98790

“Dədə” ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Süleyman Abdullayevin səhhəti ağırlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Günün sədası” səhər şousunda videosüjet yayımlanıb. 

83 yaşlı sənətkarın qızı Aygün Abdullayeva atasının səhhətinin pis olduğunu açıqlayıb. 

“Atam ağır vəziyyətdədir. “Qanqrena”dan əziyyət çəkir.  Həkimlərimiz sağ olsun, qayğılarını əsirgəmirlər. Beş gündür ki, o, ağrıkəsicilərlə yaşayır.  Vəziyyəti çox pisdir. Biz də onun övladı olaraq çox əziyyət çəkirik. Atamızı heç zaman belə görməmişik. Atam xalqımızın çox dəyərli sənətkarı olub.

Buna görə də, o, “Dədə” adını qazanıb. Atamın ürək fəaliyyətində çox ciddi problemlər var. Həkimlərin qoyduqları diaqnoza görə, sənətkarın ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir, böyrəklərindən biri işləmir, qaraciyərində çox ciddi problemlər var. Amma həkimlər müalicələri dayandırmağı məsləhət görüblər. Həkimlər bu xəstəliklər qarşısında acizdirlər. Çünki əllərindən gələn hər şeyi ediblər.

Bir il bundan əvvəl avqust ayında, atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu avqust ayında “çeçələ” barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.
Amma ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və  hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub”, - deyə A.Abdullayeva bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO