"Özüm-özümü yoruram. Bu həyatı çox arzulayırdım. Amma arada da olur ki, yuxudan durub, saçını toplayıb, gəlirsən gözəllik salonuna, heç kimlə danışmaq istəmirsən. Kimsə gəlir min dənə sual verir. Min dəfə təşəkkür edib, sağollaşıram ki, getsin amma getmir".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
Restoranların birində başına gələn əhvalatı danışan sənətçi bildirib ki, küsülü olduğu insanı görməzdən gəlir və həmin insan onun üçün yox olur.
"Bir neçə gün əvvəl heç kefim yox idi. Dostlarımdan biri ilə oturmuşdum, danışırdıq. Bir qız gəldi. On dəqiqə dayanmadan danışdı. Axırda ona dedim ki, siz şəkil çəkdirəcəksiniz, cavab verdi ki, "Hə". Söylədim ki, gəl səninlə foto çəkdirək, çıx get.
Qayıdıb mənə deyir ki, rəfiqəmi gözləyirəm, çox gecikib, ona hirslənmişəm. Sonra keçdi başqa söhbətə. Sizi öz toyumda görmək istəyirdim, amma çağırmadılar. Burada da yolda dayanmışdım, az qala avtomobil məni vursun.
Mən dostuma, ofisant da bizə baxır... Dedim ki, bacı dərdini danışıb bitirdinsə, get "borş"umu yeyim. Buz kimi oldu yeməyim. Amma onlar məni özləri qədər sevirlər. İnanın, onların bu söhbətləri məni yorur. Kefim olanda gözəllik salonunda gəlinlərə gəşəng əhval-ruhiyyə bəxş edirəm ki....
Deyəndə ki, gözlərinə çəkilən "layner" düz deyil, makiyaj ustaları otaqdan məni qovurlar. Dostlarım mənə söyləyirlər ki, əhvalının orta səviyyəsi yoxdur. Ya çox yaxşısan, ya da çox pissən. Əgər bir insandan küsürəmsə, onu ümumiyyətlə görmürəm.
O adam mənim üçün yox olur. Əgər sevəcəyəmsə, o insana içimdən gələn dünyanı belə verəcəyəm. Kim mənə nə zaman yaxşılıq edibsə, onu unutmuram, kim pislik edibsə, onu da unutmuram. Amma kinli olmaq yaxşı şeydir", - deyə Röya fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
00:38 / 05.10.2022
Xalq artisti Röya: "Bu həyatı çox arzulayırdım" - VİDEO
Hazırda oxunan: Xalq artisti Röya: "Bu həyatı çox arzulayırdım" - VİDEO
Hazırda oxunan: Xalq artisti Röya: "Bu həyatı çox arzulayırdım" - VİDEO
97438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.