Məşhurlar Rəhim Rəhimlinin ÖLÜMÜNDƏN YAZDI – FOTO 

Məşhurlar Rəhim Rəhimlinin ÖLÜMÜNDƏN YAZDI – FOTO 

Hazırda oxunan: Məşhurlar Rəhim Rəhimlinin ÖLÜMÜNDƏN YAZDI – FOTO 

96600

Xəbər verdiyimiz  kimi, ötən gecə bəstəkar-müğənni Rəhim Rəhimli 43 yaşında vəfat edib.  

Bizim.Media xəbər verir ki, sənətçi ölüm xəbəri bir çox məşhurları sarsıdıb.  

Həmkarları sosial şəbəkə hesablarında Rəhimin fotosunu paylaşaraq, onunla bağlı xatirələrini dilə gətiriblər.  

Xalq artisti Faiq Ağayev illər əvvəl Rəhimlinin onun üçün bəstələdiyi "Zəhər" mahnısının görüntülərini paylaşaraq bu sözləri yazıb: 

"Heyf səndən, Rəhim. Allah yerini rahat etsin".  

Bəstəkar-müğənni Murad Arif isə Rəhimin ona ölümündən bir neçə gün əvvəl yazdığı mesajını yayımlayıb:  

"Gecən xeyir. Bu gün görüşə bilmədik. Görə bilmədim səni dostum".  

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu:  

"Uzun illər bir yerdə neçə verilişdə komanda olaraq çalışdıq səninlə Rəhim. Heç kimin xətrinə dəyməzdin. Çox istedadlı pianoçu, bəstəkar və müğənni. Allah sənə rəhmət elesin dostum". 

Müğənni Fədayə Laçın:  

"Bir-bir gedirik. Allah rəhmət eləsin". 

 Aktyor Sərxan Kərəmoğlu:  

"23 illik dostum. İndi aldım sənin qara xəbərini, canım dostum. Göz yaşlarımla yazıram sənin bu qara xəbərini dostum. Rəhim neçə illərdir səni görə bilmədim. Firəngiz xalaya dağ çəkən Rəhim. Gəncliyimin şirin, çılğın xatirəsi olan Rəhim".  

Müğənni Xatun Əliyeva:  

"Gecə-gecə bu qara xəbər məni məhv etdi. Bütün bədənim əsir, donub qalmışam çox pisəm. Rəhim, sən elə yaxşı adam idin. Sənin vaxtsız gedişin, bu acı taleyin inan ki, dərdimi təzələdi. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Bir təsəllim odur ki, cümə günündə vəfat edənlər sorğu-sualsız olarmış. İnşallah, Rəhbim sənin o dünyanı verər".  

Aparıcı Lalə Azərtaş:  

"Hamı səndən yazır. Bu sadəcə, onun gəncliyinə görə deyil, həm də onun istedadına görə idi... Neçə dəfə o səhnədə olanda hər kəsi necə coşdurduğunu görmüşəm. Bəstələri, fərqli baxışı, səhnə duruşu, geyimi, yanaşması və sairə. Həqiqətən də heyf səndən, öz dilinlə desəm, dostum. Allah rəhmət eləsin, Rəhim".  

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO