“Üzüyümdən Aygün Kazımovada var, taxmayım? Niyə?” - Röyadan ismarıc

“Üzüyümdən Aygün Kazımovada var, taxmayım? Niyə?” - Röyadan ismarıc

Hazırda oxunan: “Üzüyümdən Aygün Kazımovada var, taxmayım? Niyə?” - Röyadan ismarıc

9570

“Ulduz olmaq üçün o qədər şeylər itirmişəm ki... Qurbanlar vermişəm. Ona görə də hər il itirib qazanacağıq. İndi bunu başa düşürəm ki, bütün dünyada sağlamlıq olsun. Bir balaca xəstəlik aləmi bir-birinə qatdı. Mən evi, qohumları tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən mənim köməkçim imiş. Evdə əvvələr qonaq otağına ümumiyyətlə keçmirdik. Mətbəx, yataq otağında olurduq. İndi divanda otururam, fərqinə varıram ki, çox rahat imiş”.

Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan “MTV özəl” proqramında qonaq olarkən söyləyib.

O, ömrünün sonunadək səhnədən getməyəcəyini söyləyib: Bildirib ki, sevgi ilə əhatə olunduğundan bu addımı atmağa haqqı yoxdur:

“70 yaşımda belə çimərlik geyimində klip çəkdirəcəm, səhnəyə çıxacam. Fikirləşirəm ki, bu qədər əziyyəti dondurmaq olmaz. Bu sənət xain olmağı, açığa iş görməyi sevmir. Bu peşədə dürüst olmağı, təşəkkür etməyi bacarmalısan.

Hətta əlaqəmiz olan insanlar var ki, paxıldılar. Arada üzümüzə də deyirlər. Dürüstlük indi həyasızlıqla eyniləşdirir.

Guya sözünün düzünü deyir, üzünü çevirib o tərəfinə baxmır. Mən bundan sonra kiməsə dəstək ola bilərəm, ağıl öyrətmək lazım deyil. 2020-ci ildə instaqramda izlədiklərimi sıfırladım. Çünki qarşıma çıxırdı, hamı ağıllı-ağıllı danışırdı.

İyrəndim! Başa düşdüm ki, bunları görməsəm, daha yaxşı olacam. Mənim auramı pozdular. Ay bu saçdan məndə də var, sən niyə etmisən?

Üzüyümdən Aygün Kazımovada var, taxmayım? Niyə? O qədər ucuz şeylər danışırlar ki... Bir rejissorla, bəstəkarla hamı ilə çalışa bilər.

Gələn nəsil daha ağıllı olsun, hər şey düzələcək. Bir də ki, dedi-qodudan uzaq oluram. Aqressiv sənət dostlarıma müraciət edirəm.

Ustaları, işçiləri öyrədib bir-birinin üstünə salmayın. Dedi-qodular lazım deyil. Mən danışıb gülürəm, başqasının söhbətini etmirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO