Elnarə:

Elnarə: "Bütün atalar evlərinə qayıtsın, bizimki də içində" - VİDEO

Hazırda oxunan: Elnarə: "Bütün atalar evlərinə qayıtsın, bizimki də içində" - VİDEO

95159

Müğənni Elnarə Xəlilova həyat yoldaşı, Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi oğlunun küçədə oynayarkən çəkdiyi videosunu sosial şəbəkədə paylaşaraq, dörd övladının hazırda cəbhədə olan ataları üçün darıxdığını bildirib.

“Allah bütün evləri atalı, analı eləsin, inşallah. Atanın yolunu səbirsizliklə gözləyənlərin hamısını Allah arzularına çatdırsın. Bütün atalar evlərinə sağ-salamat qayıtsınlar. Bizimki də onun içində. Amin”, -deyə Elnarə paylaşımına şərh yazıb.
Qeyd edək ki, 10 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO