Namiq Qaraçuxurlu: “O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir” - FOTO

Namiq Qaraçuxurlu: “O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir” - FOTO

Hazırda oxunan: Namiq Qaraçuxurlu: “O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir” - FOTO

94755

“Son baş verənlər bir daha göstərdi ki, əgər siyasi baxımdan vacib deyilsə, o torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi bir müddət əvvəl işğaldan azad olunmuş torpaqlara getməməsinin səbəbini açıqladığı müsahibəsini yayımlayaraq, məsələyə bu cür münasibət bildirib.  

“Bəzi tədbirlər, beynəlxalq aləm üçün vacibdir. Bəzilərinə isə lüzum yoxdur. Əksinə həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil. Şəhid ailələrinə, onlar qədər yananlara səbir, yaralılarımıza şəfa diləyirəm”. 
Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 80 hərbçimiz şəhid olub.  
 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO