Van Dammın oğlu şəhidlərimizi ANDI - FOTO

Van Dammın oğlu şəhidlərimizi ANDI - FOTO

Hazırda oxunan: Van Dammın oğlu şəhidlərimizi ANDI - FOTO

94400

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara bir çox məşhurlar ölkəmizə dəstəyini bildirib.

Bizim.Media xəbər verir ki, həmin məşhurlar sırasına Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer də qatılıb.

Kristofer sosial şəbəkə hesabında Şəhidlər Xiyabanında yerləşən "Əbədi Məşəl" abidəsinin videosunu yayımlayaraq "Həqiqət üçün dua edin" şərhini yazıb.

Onun həyat yoldaşı azərbaycanlı pianoçu Suada Hacızadə Kristoferin paylaşımına "Həqiqət və ədalət öz yerini tapacaq. Çox sağ ol" sözlərini əlavə edib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 80 hərbçimiz şəhid olub. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO