“Azərbaycanın Ukraynaya yardımlarını unutmusan” – Bakı konsertini ləğv edən ŞİRKƏTİN Maksa CAVABI  

“Azərbaycanın Ukraynaya yardımlarını unutmusan” – Bakı konsertini ləğv edən ŞİRKƏTİN Maksa CAVABI  

Hazırda oxunan: “Azərbaycanın Ukraynaya yardımlarını unutmusan” – Bakı konsertini ləğv edən ŞİRKƏTİN Maksa CAVABI  

93983

Ukraynalı pop ulduz Maks Barskixin cəbhədə baş verən son hadisələrlə bağlı Ermənistana dəstək verməsi onun dekabrın 10-da Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsertinin ləvği ilə nəticələnib.  

Bizim.Media xəbər verir ki, müğənni konsertinin ləvği ilə bağlı sosial şəbəkə hesabında qalmaqallı status paylaşıb.  

“Biz Azərbaycanda keçirilməsi gözlənilən konsertimizi ləğv etmək qərarına gəldik. Başqasına qarşı təcavüzə yol verən hər hansı bir ölkə mənim konsertlərimin keçirilməsi üçün yer deyil”, - deyə Maks bildirib.  
Bunun ardından ulduzun konsertinin bilet satışı ilə məşğul olan “İtickets.az” şirkətin Maksın yazdığı qərəz dolu paylaşımına cavabı gecikməyib: 

“Maks Barskix işğalçı ölkəyə - Ermənistana dəstək olaraq, təxribat xarakterli paylaşımından sonra “İticket” şirkəti saat 09:10-da bilet satışını dayandırıb və konserti ləğv edib.

Bundan sonra təşkilatçı sənətçinin meneceri ilə əlaqə saxlayıb və məlum olub ki, paylaşıma səbəb sənətçinin erməni ilə dostluğu olub.  

Qulaq as Maks Barskix, sən deyəsən, dostlarından fərqli olaraq, Azərbaycanın Ukraynaya dəfələrlə humanitar yardım göstərdiyini unutmusan. Biz əminik ki, Ukrayna xalqı sənin kimi insanlarla həmrəy deyil. 

Rəşad Əliyev, Bizim.Media











 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO