Azərbaycanlı aktrisadan şəhid leytenant Ravil Hümbətovla bağlı duyğulu PAYLAŞIM  

Azərbaycanlı aktrisadan şəhid leytenant Ravil Hümbətovla bağlı duyğulu PAYLAŞIM  

Hazırda oxunan: Azərbaycanlı aktrisadan şəhid leytenant Ravil Hümbətovla bağlı duyğulu PAYLAŞIM  

93970

“Ravilin şəklini görəndə sıxıldım. Dedim, bu oğlanı hardansa tanıyıram. Göz yaddaşım aldatmaz məni. Düşündüm ki, yəqin Yasamalda üz-üzə gəlmişik. İki gündür üzbəüz söhbətimizi xatırlayıram, təmiz gözləri gəlir gözümün önünə”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Duyğu Dəvəli sərhəddəki təxribatlarda şəhid olan leytenant Ravil Hümbətov haqqında sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Ravilin aktyor olmaq üçün kastinqə qatıldığını söyləyən Duyğu onunla bağlı xatirələrini bölüşüb.

“Ravillə 2016-cı ilin payızında ADDIM təşkilatının təşəbbüsü ilə çəkiləcək filmin kastinqlərində rastlaşmışdıq.

Tərəf müqabilimi oynamaq üçün kastdan keçməyə gəlmişdi. Yaraşıqlı, cüssəli, amma üz-gözündən saflıq yağan utancaq bir oğlan idi. Dialoqlarımızı oxuduq, elə utanırdı, sanırdım qarşımda 5 yaşlı balaca uşaq var.
“Tələsirəm” sözünü də qəribə ləhcə ilə tələffüz edirdi, gülüşümü maksimum gizləməyə çalışırdım ki, daha da utanıb, özünü itirməsin. Otaqdakı insanlar onun təlaşlı saf halına gülümsəyirdi. “Tələsiyirəm” sözü uzun müddət dilimizdə qaldı, hər deyəndə gülürdük. İndi də səni bu xatirəyə görə həm də təbəssümlə xatırladım, əziz, tərtəmiz Ravil, bağışla!

Hərbçi olduğunu şəhid olduqdan sonra bildim, qəlbi gözəl, həyat dolu oğlan. Haqqında çox gözəl sözlər yazır səni tanıyanlar, əminəm dedikləri qədər varsan.

O zaman nə ağlıma gələrdi ki, bir qəhrəmanla üzbəüz oturmuşam və altı il sonra Yasamalın küçələrində sənin şəninə deyilən şüarları eşidəcəyəm…Çox heyf! Hamınıza heyf! Ruhunuz huzur tapsın”.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 71 şəhid verib.

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO