Xəbər verdiyimiz kimi, Ukraynanın pop ulduzu Maks Barskix ermənilərə dəstək olub.
Bizim.Media xəbər verir ki, azərbaycanlı izləyicilər sosial şəbəkələrdə müğənninin dekabrın 10-da “Bakı Konqres Mərkəzi”ndə keçirilməsi gözlənilən konsertinin ləğvi ilə bağlı yüzlərlə paylaşım ediblər.
MÖVZU İLƏ BAĞLI:
Bakıda konserti gözlənilən ukraynalı pop ulduzdan Ermənistana DƏSTƏK
Bir müddət sonra “iTicket.az” şirkəti Maks Barskixin konsertinə bilet satışını dayandırıb. Qurum Bizim.Media-ya açıqlamasında M.Barskixin konsertinin ləvğ olunduğu bildirib.
Qeyd edək ki, M. Barskixin konsertinə satılan biletlərin qiyməti 40-230 AZN arasında dəyişirdi.
Rəşad Əliyev, Bizim.Media