Bacısı oğlu Riki Martini yenidən MƏHKƏMƏYƏ VERDİ  

Bacısı oğlu Riki Martini yenidən MƏHKƏMƏYƏ VERDİ  

Hazırda oxunan: Bacısı oğlu Riki Martini yenidən MƏHKƏMƏYƏ VERDİ  

93372

Riki Martinin bacısı oğlu Dennis Sançes müğənnini yenidən məhkəməyə verib. Pop ulduz növbəti dəfə cinsi təcavüzdə ittiham edilir.  

Bizim.Media “AP News”a istinadən xəbər verir ki, Sançesin müğənnini ittiham etdiyi hadisə çoxdan baş verdiyi üçün Martin həbs olunmayacaq.  

Bir neçə gün əvvəl isə Riki əks iddia qaldıraraq, qardaşı oğlundan 20 milyon dollar təzminat tələb edib. Sənətçi bildirib ki, Sançesin ittihamlarına görə ona ciddi maddi ziyan dəyib.  

Belə ki, qalmaqal ucbatından müğənninin reputasiyası zədələnib və o, bir neçə gəlirli müqavilədən məhrum olub. Nəticədə, Sançes iddiasını geri götürüb. Onun niyə yenidən məhkəməyə vermək qərarına gəldiyi açıqlanmır.  

Riki Martinin vəkili “People” nəşrinə yeni ittihamlarla bağlı açıqlama verib. O, müğənninin qardaşı oğlunun əks iddiasından qorxduğunu deyib: 

“Bu bəyanatlar son dərəcə təhqiramizdir və reallıqla heç bir əlaqəsi yoxdur. Bu adam əvvəllər oxşar ittihamlar irəli sürəndə onun iddiasına xitam verilməli idi. Ən azı ona görə ki, özü də and içərək etiraf edib ki, Riki Martin heç vaxt ittiham olunduğu əməli törətməyib”.  
Xatırladaq ki, ilk dəfə bu ilin iyulunda bacısı oğlu Riki Martinlə münasibətdə olduqlarını deyib. Məhkəmə isə pop ulduza bəraət qazandırıb.  

Qeyd edək ki, Riki Martin beş ildir Cvan Yoseflə evlidir. Cütlük surroqat analar tərəfindən dünyaya gələn dörd övladı birlikdə böyüdürlər.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO