Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı həmkarı Murad İsmayılla haqqında yayılan boşanma xəbərlərinə ilk dəfə reaksiya bildirib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında izləyicilərinin suallarını cavablandıran aktrisa həyat yoldaşı ilə ayrılmadığını bildirib.
“Bu haqda heç vaxt danışmamışam, ilk və son dəfə açıqlama verəcəm. Hər ailədə problem, söz-söhbət və bunun nəticəsində yaranan soyuqluq olur. Ancaq mən boşanmamışam. Mən ailə quranda heç yerə və heç kimə car çəkməmişdim. Nə edə bilərəm ki, belə alınıb? Bu qədər ucuz reklama da (iddia edirlər ki, həyat yoldaşı ilə boşanması xəbərlərini reklama görə Ülviyyə özü yayıb - red.) getmərəm. Çünki qarşısınızda bir aslan (bürcünü nəzərdə tutur - red.) var"- deyə Ü. Xəlilbəyli bildirib.
Qeyd edək ki, Ülviyyə-Murad cütlüyünün Fuad və Rəsul adlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media